ArxivIslamXəbər lentiXəbərlər

UGMADİ illik hesabatını təqdim etdi – FOTO

 Marneulidə yerləşən İmam Əli (ə) adına məsciddə “Ümum Gürcüstan Müsəlmanları Ali Dini İdarəsi” (UGMADİ) din xadimləri və bir qrup ictimaiyyət qarşısında bir illik hesabat təqdim edib.

Tədbiri ilk öncə İmam Əli (ə) məscidinin axundu İmam Cümə Hacı Hacıyev açaraq qonaqları salamlayıb və müqəddəs Qurani kərimdən ayələr zikr edib. Sonra H. Hacıyev məsul şəxslərin bu dünyada bir hesabat verməli olduqları kimi daha böyük hesabatın mütləq qiyamət günü olacağını xatırladıb.

Sonra çıxış edən “Ümum Gürcüstan Müsəlmanları Ali Dini İdarəsi”nin sədri və şeyxi Mirtəqi Əsədov bir il ərzində görülən işlərdən danışıb.

M. Əsədov il ərzində bir çox ehtiyaclı ailələrə, xəstələrə, tələbələrə yardımlar edildiyini, Məsumların təvəllüd və matəm mərasimlərinin həmçinin Ramazan və Fitir bayramlarının keçirildiyini qeyd edib: “Bu il Qurban bayramında 400 ailəyə qurban payı ehsan edilib. 2000 təqvim çap olunaraq müsəlmanlara paylanılıb. Yeni ailə quranlar üçün 1100 ədəd nigahnamə çap edilib. Məhərrəm ayında müxtəlif yerlərdə ən əsası Marneuli bazarında 8 gün ərzində 10,000 insana ehsan paylanılıb. 2015-ci ildən başlayan Ərbəin ziyarəti bu ildə davam edib.”

Mirtağı Əsədov daha sonra ziyarət təşkilatçılıqlarından danışıb. Onun sözlərinə görə, ziyarətin təşkili ilə birlikdə Kərbəla şəhərində Gürcüstan müsəlmanları adından 10 gün ərzində 60 min insana ehsanlar verilib.

UGMADİ sədri həmçinin bildirib ki,  konfranslar, müxtəlif elmi-dini tədbirlər, qan yaddaşımız Xocalı və 20 yanvar faciəsi kimi günləri də xüsusi qeyd olunub.

“Bu il ərzində iki mötəbər beynəlxalq qurumla əlaqələr qurmuşuq. Ölkədə müsəlmanların hüquqlarını tələb etmək üçün müxtəlif toplantılarda iştirak edib mövcud problemləri dilə gətirmişik”, – deyə Mirtəqi Əsədov bildirib.

Çıxışında M. Əsdov mövcud problemlərdən də danışaraq bu gün ölkədə Məscidlərin tikilməsində yaranan süni problemlərin olduğunu qeyd edib.

O bildirib ki, mövcud problemlərlə bağlı məhkəmə prosesləri də davam edir və bu il ərzində bu sahədə qazandığımız uğurlarda olub.

Daha sonra Gürcü Müsəlmanlar Birliyinin şərqi Gürcüstan nümayəndəsi Zaza Mikaladze Acaradakı müsəlmanların mövcud durumu və məscid tikintisində üzləşdikləri suini problemlərdənə danışaraq bildirib ki,  onlar qeyri rəsmi məscid inşa edərək  ibadətxana kimi istifadə edirlər.

Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan nümayəndəliyinin Müftisi Ayvaz Mərdanov birlik və bərabərlikdən danışaraq ÜGMADİ-nin gələcək işlərinə və rəhbərliyinə xeyir-dua verərək uğurlar diləyib.

Qeyd edək ki, Bütün Gürcüstan Müsəlmanları İdarəsi də illik hesabatını açıqlayıb.

UGMADİ illik hesabatını təqdim etdi – FOTO

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button