ArxivIslamXəbər lentiXəbərlər

Türkiyəyə bağlı terrorçular Suriyada 25 nəfəri oğurladı

Türkiyənin dəstək verdiyi terrorçular Suriyanın Rəsul-Eyn şəhərinin Əl-Həras kənd əhalisindən 25 nəfərini oğurlayıblar.

Suriyanın “SANA” rəsmi informasiya agentliyi yerli mənbələrə istinadla yazıb: “İşğalçı Türkiyəyə aid terrorçular Əl-Həras kəndinin bir qrup əhalisini oğurlayıb, onları bir binada həbs ediblər, bir neçə saat sonra isə onları naməlum məkana aparıblar.”
Yerli mənbələr həmçinin bildiriblər ki, terrorçuların digər qrupları da bu kənddə camaatın evlərinə soxularaq, onların əmlakını oğurlayıb.
Əl-Həras kəndində Türkiyəyə aid terrorçuların qərargahları yaxınlığında bomba quraşdırılmış avtomobilin partlamasından sonra terrorçular kəndi atəşə tutublar və kənd əhalisini bu kəndin məktəbində həbs ediblər.
Türkiyə qüvvələri 24 dekabr 2014-cü ildə Suriya ərazisinə hərbi müdaxilə edərək, yüz minlərlə insanın köçkün düşməsinə və dinc əhalinin həlak olmasına səbəb olmuşdur.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button