AktualAktualArxivXəbər lentiXəbərlər

Türkiyənin öz qonşuları ilə sıfır gərginlikdən hücum siyasətinə keçməsi

Türkiyədə 2002-ci ildə Ədalət və İnkişaf Partiyasının hakimiyyətə gəlməsindən sonra Ankaranın xarici siyasəti dəyişdi.
Qafqaz Mədəniyyət Mərkəzi –Türkiyədə 2002-ci ildə Ədalət və İnkişaf Partiyasının hakimiyyətə gəlməsindən sonra Ankaranın xarici siyasəti dəyişdi. Məhz qərbə yönəlmə və şərq ölkələrindən, xüsusilə də Yaxın Şərq qonşularından uzaqlaşma (kamalizm) siyasəti kənara qoyuldu və bu ölkənin xarici siyasətində yeni fəsil açıldı. AKP nəzəriyyəçiləri və Əhməd Davudoğlu tərəfindən irəli sürülmüş “sıfır gərginlik” nəzəriyyəsinə əsasən, Türkiyə ilk addımda qonşuları ilə münasibətləri yaxşılaşdırmağa təlaş etdi. Dövlət bu proqram çərçivəsində 2008-ci ildə qərb ölkələri və Rusiyanın köməyi ilə Ermənistanla dostluq anlaşması imzaladı. Ermənistanla sıfır gərginlik siyasəti Azərbaycanın sərt mənfi münasibəti ilə üzləşməsinə baxmayaraq Türkiyə dövləti Qarabaq konfliktini və Bakının mənfi münasibətini nəzərə almadan öz qərarını verdi.
Türkiyə o zaman su ehtiyatları zəminəsində yaranmış problemləri də həll etmək məqsədilə Suriya və İraq dövlətləri ilə də sıfır gərginlik siyasətlərini davam etdirdi.Suriya ilə sıfır gərginlik siyasəti o qədər irəli getdi ki, hətta Ərdoğan və Bəşər Əsəd münasibəti daha çox ailəvi münasibətlərə bənzəyirdi, tərəflər arasında görünməmiş dostluq münasibətləri yaranmışdı. Türkiyənin daxili siyasəti də kürdlərlə problemin həll edilməsi istiqamətinə doğru gedirdi. Dövlət, Davudoğlunun doktirinası əsasında həm xarici siyasətdə, həm də daxili məsələlərdə yumşalma siyasəti həyata keçirirdi. Ölkənin daxilində etnik böhranları azaltmaq, yaxud gərginlikləri sıfıra endirmək məqsədilə icra edilən bu siyasət kürdlərə bir sıra zahiri imtiyazlar verilməsi və Kürdüstan Fəhlə Partiyasının liderinə qarşı yumşalma siyasətinin təbliğatı ilə yanaşı oldu. Kürdlərlə və Abdullah Öcalanın şəxsən özü ilə nəticələrini verməkdə olan geniş müzakirələrdə çox maraqlı bir məsələ var idi.O da bundan ibarət idi ki, PKK üzvləri öz silahlarını Türkiyə ordusuna təhvil versinlər və Türkiyə ərazisindən çıxsınlar.
Qonşularla sıfır gərginlik və kürdlərlə böhranın çözülməsi siyasəti çərçivəsində ölkə iqtisadiyyatı inkişafa doğru gedirdi. AKP inflyasiyanı bir rəqmliyə endirmiş, işsizlizlik səviyyəsini 10%-ə salmışdı. Dövlət xarici investisiyaları, xüsusilə də ərəb ölkələrindən kapital cəlb etməklə ölkə iqtisadiyyatını sahmana sala bilmişdi. Ölkənin illik gəliri 7400 dollar həcminə çatmış, Ümumi Daxili Məhsul (ÜDM) təqribən 6% artmışdı.
Bu irəliləyişlər özəlləşdirmə və dünya bazar iqtisadiyyatı sayəsində yaranmışdı.
(Müəllifin fikrincə, “Yeni Yaxın Şərq” və region ölkələrinin parçalanması məqsədilə gerçəkləşən) Ərəb baharının yaranması ilə Türkiyə dövlətinin xarici siyasəti də sıfır gərginlik siyasətindən çıxaraq hücum xarakteri aldı. Bunu Türkiyənin Osmanlı dövründəki gücünü qaytarmaq məqsədilə həyata keçirməsi kimi xarakterizə etmək olar. Əlbəttə, Yeni Osmançılıq ideyasında qərbin rolundan qafil olmaq olmaz. Yeni Osmançılıq daxildə sekülarizmdən qurtulmaq üçün mötədil çıxış yolu və xarici işlərdə fəal xarici siyasətin ardıncadır. Ankara Yeni Osmançılıq paradiqmasında siyasi, iqtisadi, diplomatik və Türkiyənin strateji və milli maraqları olduğusahələrdə ən çox yumşaq və sayıq gücdən istifadə olunur.
Yeni Osmançılıq, xarici siyasətdə əzəmət və özünəgüvənc ardıncadır. Daha doğrusu, Yeni Osmançılıq Türkiyəni regional bir güc kimi nəzərə alır. Bu siyasət İslam ölkələrində qərblə eyni cəbhədə dayanmağı lazım bilir. Ancaq Türkiyənin Osmanlı dövründəki gücünü qaytarmaq üçün hücum siyasəti onun regionda bir çox ölkələrlə münasibətlərində görünməmiş gərginlik yaratdı. Belə ki, bu ölkənin İraq, Suriya və digər ölkələrlə münasibətlərinə ciddi zərbələr vurdu. İraq və Suriyada terrorçu qrupları dəstəkləmək, terrorçuların Türkiyə sərhədlərindən gəliş-gediş edərək İraq və Suriyaya daxil olmaları Türkiyənin özü üçün də böhranlı bir durum yaratdı. Türkiyə dövlət başçılarının Qərbi Asiyada yaranmış vəziyyətdən istifadə edərək güclərini artırmaqistəməsindən əlavə, qərbin də Türkiyəni İraq və Suriya kimi böhranlı məntəqələrə çəkməsindən asanlıqla ötüb keçmək olmaz. Qərb, Qərbi Asiya regionunda siyasi coğrafiyanı dəyişmək üçün öz siyasətlərinin icrası istiqamətində Türkiyəni ən münasib ölkə kimi seçmişdir. Türkiyə də öz hücum siyasətini və məntəqə ölkələrinə müdaxiləni həyata keçirmək üçün xalq dəstəklərini cəlb etməyə ehtiyaclıdır. Ankaranın təhlükəsizliyini müdafiə etmək üçün dövlət özünün xarici siyasətində bir sıra dəyişikliklər aparmışdır. Türkiyədə şübhəli hərbi çevriliş, bomba partlayışları, Türkiyə camiəsində kürd probleminin həlli zəminəsində əvvəlki siyasətlərinin əksinə olaraq kürdlərin əzilməsi, bu proqram çərçivəsində analiz olunur.
AKP özünün hücum və qonşu ölkələrə müdaxilə siyasətini irəli aparmaq üçün daxili dilemma siyasətini oynadı. Ancaq ölkədə təhlükəli durum və sabitsizlik yarandıqda zərərə uğrayan Ankara dövləti olacaqdır.
Həmçinin, Türkiyənin gözləntilərinin əksinə olaraq, Suriyanın daxili işlərinə qarışmaq və onun qanuni dövlətini devirmək üçün təlaşları Suriya kürdlərinin, yəni Kürd Demokratik Birlik Partiyasının güclənməsinə səbəb oldu, kürdlər Suriyanın şimal-şərqində Suriya Kürdüstan Muxtar Respublikasının yarandığını elan etdilər və Qamışlı şəhərini özlərinin paytaxtı seçdilər. Halbuki, Suriya kürdlərinin müstəqilliyi və muxtariyyəti həmişə Türkiyənin Suriyada qırmızı xətlərindən biri olmuşdur.
Üstəlik, Vaşinqtonun Suriyadakı terrorçu qruplarla, xüsusilə də İŞİD-lə mübarizə etmək üçün kürdləri dəstəkləməsi Türkiyə-Amerika münasibətlərində soyuqluq yaratmışdır. Əlbəttə, Amerika-Türkiyə ixtilaflarını siyasi oyun kimi də dəyərləndirmək mümkündür. Çünki Amerika başa düşür ki, Türkiyənin Qərbi Asiya regionundakı layihəsi məğlubiyyətə uğrasa, bu, qərbinməntəqədə məğlub olması deməkdir. Ona görə də zahiri ixtilaflar yaratmaqla Türkiyənin məğlubiyyətinin qərbin məğlubiyyəti demək olmadığını göstərmək istəyir.
Türkiyədə öz ardınca bir çox suallar gətirmiş baş nazir dəyişikliyi ilə Ankara xarici siyasət sahəsində bir sıra addımlar atdı. Təhlilçilərin belə düşünürdü ki, dövlət xarici siyasətdə əsaslı dəyişiklik etmək niyyətindədir. Ancaq bu fikir özünü doğrultmadı. Rusiya və İsrail ilə münasibətləri yaxşılaşdırmaq, Bəşər Əsədin hakimiyyətdə qalmasını dəstəkləmək, bu proqram çərçivəsində dəyərləndirilir.
Siyasi təhlilçilər izah etdilər ki, Türkiyə yenidən sıfır gərginlik xarici siyasətinə qayıtmışdır. Ancaq Türkiyə ordusunun İraqa girməsi və Mosulun azad olunmasında Bağdad hökumətini təhdid etməsi ilə Türkiyənin İraqın daxili işlərinə müdaxiləsi göstərdi ki, Ankara hələ də əvvəlki siyasətində israrlıdır. İŞİD-lə zahiri mübarizə də Türkiyənin xarici hücum siyasətinin hərəkətvericisi rolunu oynayır.
Sözsüz ki, Türkiyə dövlətinin hücum xarakterli xarici siyasəti İran İslam Respublikasının milli və təhlükəsizlik maraqları ilə ziddir. Çox təəssüflər olsun ki, İran və Rusiya dövlət başçıları Türkiyənin xarici siyasətinin dəyişməsinə hüsnü-niyyətlə yanaşaraq Türkyə ordu qüvvələrininİraqa girməsinin şahidi oldular.
Hazırkı durumdu Suriya və İraqda müqaviməti gücləndirmək, müqavimət qüvvələrinə texniki və logistik dəstək vermək,regiondaİran İslam Respublikasının nüfuzunu azaltmaq niyyətiləQərbi Asiyadaöz məqsədlərini irəli aparmaq istəyən Türkiyə dövlət başçılarına cavab üçün ən yaxşı seçimdir.
Ancaq sonda müəllif belə nəticəyə gəlmişdir ki, ərəb baharından öncəki dövrdə Türkiyə yumşaq siyasət yürütməklə Qərbi Asiya xalqının ürəyini ələ ala bilmişdi. Lakin ölkənin yüksək vəzifəli məsullarının səhv hesablamaları nəticəsində və qərbin təhriki ilə hücum siyasəti səmtinə doğru getdi. Hücum siyasəti seçmək üçün isə ölkədə ümumi fikri coşdurmalı idi və dövlət bunu ölkədə sabitsizlik yaratmaq vasitəsilə həyata keçirdi. Önəmli məsələ budur ki, Türkiyə indiyə qədər öz məqsədlərinə çatmamışdır. Ərdoğan bir gün anlayacaq ki, onun şöhrətbazlığı və qərbin xeyrinə oyunu Türkiyə üçün faydasız olmuşdur.
Ərdoğanın şöhrətbazlığı və qərbin Türkiyə iqtisadiyyatını çökürtmək üçün məkrli planları ilə müsəlman ölkəsi olan Türkiyənin iqtisadiyyatı geriləmiş və artıq 2003-cü ildən qabaqkı dövrə qayıtmaqdadır.
Belə güman edilir ki, AKP süqutun qarşısını almaq üçüngələcəkdə Davudoğlunu siyasətə qaytaracaq, qonşularla və daxili məsələlərdə sıfır gərginlik siyasəti həyata keçirməyə cəhd edəcək. Ancaq daha bu dəfə kürdlərin Ankara dövlətinə münasibətinin necə olacağı bəlli deyil.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button