ArxivXəbər lentiXəbərlər

Türkiyədə prezidentliyə namizəd: Əsədlə də görüşəcəm

Türkiyənin ana müxalifət partiyası olan CHP-nin prezidentliyə namizədi Məhərrəm İncə seçkini qazanacağı halda Suriya lideri Bəşər Əsədlə görüşəcəyini deyib.
qafqaz.ir FaktXəbər-a verdiyi  məlumatına görə, Almaniyanın “DW” nəşrinə danışan İncə daxili siyasətdən xarici siyasətə, iqtisadiyyatdan məhkəməyə qədər bir çox mövzuya toxunuaraq, Dəməşqə səfir də göndərəcəyini bildirib.
İncə, “Əsədlə görüşəcəksinizmi” sualına, “niyə görüşməyim ki? “Mən səndən küsmüşəm” kimi siyasət olmaz. Dörd milyon suriyalı Türkiyədə olacaq, amma Dəməşqdə Türkiyə səfir olmayacaq. Belə bir şey ola bilərmi? Nə edəcəyik? Biz burada baxacağıq onlara, amma həmsöhbət olmayacaq. Bu düzgün deyil ki. Görüşməyəcəyəm heç kim yoxdur”, cavabını verib. İncə, “Biz yenidən, “Yurdda sülh, dünyada sülh”, – deyəcəyik. Yəni Suriya ilə də, ABŞ ilə də, Almaniya ilə də barışmalıyıq”, söyləyib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button