ArxivXəbər lentiXəbərlər

Türkiyədə ölənlərin sayı 28-ə, yaralı sayı isə 61-ə çatdı -FOTO-VİDEO

FaktXəbər-in məlumatına görə, Türkiyənin paytaxtı Ankarada güclü partlayış baş verib. Hadisənin hərbi nəqliyyat karvanı keçərkən baş verdiyi bildirilir. İlkin məlumatlara görə, 28 nəfərin öldüyü, 61 nəfərin isə yaralandığı qeyd edilir.

 İlkin versiyaya görə, küçədə saxlanılan avtomobildə partlayıcı qurğu işə salınıb.

 Türkiyənin Radio və Televiziya Üst Qurumu Ankaradakı hərbi xidmət konvoyuna qarşı hücuma dair yayım qadağası tətbiq edib.

Bu arada Daxili İşlər Nazirliyi qarşısında olan şübhəli paket də partladılaraq zərərsizləşdirilib.

 Baş nazir Əhməd Davudoğlu Prezident Sarayındakı Təhlükəsizlik Sammitindən çıxaraq AK Partiya qərargahına gedib.

 AK Partiya başqan müşaviri Ömər Çelik, “Terror Ankarada rüsvayçılığını və xainliyini bir daha göstərir”, – deyib. Polis regionda yeni bir partlayış ehtimalına qarşı ətrafdakılara “Uzaqlaşın” xəbərdarlığı edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button