ArxivXəbər lentiXəbərlər

Türkiyədə nə baş verdi? – Zərdüşt Əlizadə cavablandırır

Türkiyədə cәrәyan edәn proseslәr bir çox müzakirələrə, fikir mübadilələrinə səbəb olub. Hərbçilərin hökuməti devirmək cəhdi çox acı nəticələr verdi. Türkiyənin baş naziri Binəli Yıldırım Ankarada keçirdiyi mətbuat konfransında Türkiyənin böyük bir bəlanı dəf etdiyini söyləyib: “Tankların önünə çıxaraq həyatını qurban verən qardaşlarımızı rəhmətlə anıram. Bizə dəstək verən dost ölkələrə təşəkkür edirəm”. Müxtəlif ekspertlər baş verənləri müxtəlif cür təhlil edirlər. Təbii ki, baş verənlərin üzərində müəyyən zaman keçdikdən sonra daha ciddi məsələlərin ortaya çıxacağı gözləniləndir.

Politoloq Zərdüşt Əlizadə Deyerler.org-la fikirlərini bölüşərkən deyib ki, Türkiyə öz tarixinin çox mürəkkəb bir dövrünü yaşayır: “Mustafa Kamaldan Ərdoğana olan dövrə qədər dünyəvilik, Qərbçilik əsla şübhə doğurmayan bir qanunlar idi. Ərdoğanın gəlişindən sonra, Türkiyədə islamlaşma nisbətən güclənməyə başladı. Buna uyğun olaraq cəmiyyətdəki İslam meyilliliyini nəzərə alaraq Ərdoğan ölkə qruluşunda və qanunvericilikdə müəyyən dəyişikliklər aparmağa başlayır. Mustafa Kamal ideologiyasını müdafiə edənlər bu dəyişikliklərə çox qısqanc yanaşırlar. Amma bütün bu proseslərə baxmayaraq, dəyişikliklərə qısqanclıqla yanaşanlar seçkilərdə məğlub olurlar. Düşünürəm ki, məhz bu dəyişikliklərin qarşısını almaq üçün silahlı çevrilişə əl atıblar. Türkiyə tarixində dəfələrlə olub ki, ordu ölkədə dünyəviliyin zəmanəti kimi çıxış edib. Bu dəfə də belə bir cəhd etmək istəyiblər. Amma bu dəfə alınmadı. Siyasətşunasların belə bir deyimi var ki, hər bir uğursuz çevriliş cəhdi hökuməti, mövcud hakimiyyəti uzun illər möhkəmləndirir. Ərdoğan bu çevriliş cəhdindən çıxmağı bacarsa, şəxsi hakimiyyətini möhkəmləndirəcək. Bu prosesləri əlində əsas tutaraq, özünün siyasi rəqiblərini ittiham edəcək, bəzilərini həbs edəcək. Artıq qarşı tərəfin dayaqları xeyli sarsıldı”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button