ArxivXəbər lentiXəbərlər

Türkiyədə küçəyə çıxmaq qadağan edildi

Türkiyənin Şırnak vilayətinin Cizrə mahalında bu gün saat 19:00-dan etibarən küçəyə çıxmaq qadağan edilib.

Axar.az xəbər verir ki, Şırnak vilayət rəhbərliyindən verilən məlumata görə, ikinci əmr çıxanadək qərar qüvvədə qalacaq:

“Vilayətimiz PKK təşkilatının üzvlərinin tutulması, xalqımızın can və mal təhlükəsizliyinin təmin edilməsi üçün 5442 saylı Vilayət İdarəsi Qanununun 11 / C maddəsini rəhbər tutaraq 13 sentyabr 2015-ci il saat 19: 00-dan ikinci bir əmrə qədər küçəyə çıxma qadağasını elan edilib”.

Xatırladaq ki, sözügedən qadağa sentyabrın 4-də də tətbiq olunmuşdu.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button