ArxivXəbər lentiXəbərlər

Türkiyədə gərginlik: şəhər mərkəzi döyüş meydanına çevrildi – FOTOLAR

 7 gündür fövqəladə vəziyyət elan edilən Diyarbəkr vilayətinin Sur mahalında PKK terror təşkilatına qarşı əməliyyatlar davam edir.

Qafqaz.ir-in  Türkiyə mediasına istinadən xəbər verir ki, davamlı olaraq bölgədən silah və partlayış səsləri eşidilir. Yerli media qarşıdurmalar Diyarbəkr şəhərinin mərkəzinə keçib. Polis yolları barrikadalarla bağlamaq istəyən qruplara gözyaşardıcı qaz və təzyiqli su ilə müdaxilə edib.

Səlahiyyətlilər əməliyyatlarda bu günə qədər 10 PKK-çının öldürüldüyünü bildirib.

Surda yaşayan bəzi vətəndaşlar polisə zəng edərək bölgədən çıxmaq üçün kömək istəyib. Polis həmin vətəndaşları zirehi avtomobillərlə mahaldan kənara çıxarıb.

Mardin vilayətinin Nusaybin mahalında baş verən qarşıdurmada isə 2 xüsusi hərəkat polisi yaralanıb. Yaralılardan biri həkimlərin müdaxiləsinə rəğmən dünyasını dəyişib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button