Xəbərlər

Seyid Musarza Heydərzadə və 2 şəxsə cinayət işi açılıb?

Dünən mübariz ruhani Hacı Tale Bağırovun məhkəməsi zamanı saxlanılmış Seyid Musarza Heydərzadəyə cinayət işi açıldığı barədə məlumat var .

Yazıçı polisə müqavimət göstərməkdə ittiham olunur. Musarza Heydərzadənin məhkəmə prosesindən sonra Binəqədi təcridxanasına göndəriləcəyi gözlənilir.

Heydərzadə ilə yanaşı digər iki dindara da cinayət işi açıldığı barədə İslamazeri.az-ın redaksiyasına məlumat daxil olub. Məlumata görə Abbas Hüseynov və Nail adlı şəxs narkotik vasitələrdən istifadə etməkdə ittiham olunurlar.

Redaksiyaya daxil olan məlumatda bildirilir ki, Nail əvvəllər narkotik istifadəçi olduğu və bu işi üç aydan çox müddətdə tərgitdiyi üçün qanında hələ də narkotik izlərinin qaldığını istisna etməsə də, Abbas Hüseynov şərləndiyini bildirib. O, deyib ki, narkoloji dispanserdə sidik analizindən keçməzdən öncə müstəntiq tərəfindən aldığı zərbələrin ağrılarını azaltmaq üçün polislərdən aldığı tərkibini bilmədiyi ağrıkəsici dərmanı içmiş və onun qanında narkotiklərin aşkar olunması məhz bununla bağlıdır.

Abbas Hüseynovun və Nailin Kürdəxanı təcridxanasına göndəriləcəyi gözlənilir.

Qeyd edək ki, Seyid Musarza Heydərzadə bir çox əsərin, o cümlədən “Tarix boyunca müsəlmanların tənəzzülünün səbəbləri”, “Əhli-beyt maarifi, təqiyyə və Mövlana Cəlaləddin Rumi” və s. elmi-publisistik məqalələrin müəllifidir. O, həmçinin Barnabas İncilinin Azərbaycan dilinə tərcüməçisi kimi tanınır.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button