Xəbərlər

AİP-də nə baş verir?

Hansı keyfiyyətə görə prezidentliyə namizəd kimi İlyas İsmayılov AİP-in dəstəyini qazanmalıdır?

Dünən verilən xəbərlərə görə sentyabrın 6-da İslam Partiyası Baş Məclisinin iclası keçirilməli və həmin toplantıda seçkilərdə AİP-in dəstəkləyəcəyi namizədin adı açıqlanmalı idi.

Bu xəbəri oxuyanlar bir qədər təəccüb hissi də keçirdi, çünki partiyanın sədr müavini Akif Heydərli verdiyi açıqlamada bildirmişdi ki, avqustun 19-da AİP sədri, hicab məhbusu Mövsüm Səmədovun prezidentliyə namizəd kimi sənədləri MSK-ya təqdim olunub, düzdür bu faktı MSK rəsmisi təkzib etmişdi, ancaq bu təkzibi rəddə edən AİP funksioneri öz iddiasını inkar etmədi.

Sözsüz ki, cəmiyyətdə belə bir fikir meydana gəldi ki, MSK həmişə olduğu kimi bu dəfə də islamçılara qarşı öz yarqı nümayiş etdirir, bu da yəqin ki, hakimiyyətin sifarişidir. Ancaq anons verilən xəbərin ardınca ayın 6-da İslam Partiyası Baş Məclisinin iclası keçirilir və həmin iclasda qərar qəbul olnur ki, İslam Partiyası bu ilki prezident seçkilərində Ədalət partiyasının sədri, Milli Məclisin deputatı İlyas İsmayılovu dəstəkləyəcək.

Bu xəbər yayılar yayılmaz hamı nə baş verdiyini anlaya bilmir, jurnalistlər partiyaya üz tutur orda isə onları qarşılayan və suallarına cavab verən Akif Heydərli məlumatı təsdiqləyir. Qərara görə MSK AİP sədri Mövsüm Səmədovun sənədlərini gizlədib onu seçki yarışından kənarda saxlayır, bu səbəbdən partiyanın Baş məclisi seçkilərdə İlyas İsmayılovun namizədliyini dəstəkləyəcəyini bəyan edir.

Üstəlik belə bir açıqlama da yayılır ki, İslam Partiyasının üzvləri və təəssübkeşləri prezidentliyə namizədlər arasında Qarabağı unudub, bu mövzuda susurlar, onların proqramlarında işğal olunmuş torpaqlar haqqında heç bir kəlmə söz açılmır, ancaq islamçılar isə torpaq uğrunda canından keçməyə hazır olan adamın namizədliyini dəstəkləyə bilər. Belə bir namizəd isə İlyas İsmayılovdur. Yenə də heç bir şey anlaşılmır, bir çox suallar açıq qalır. Gəlin görək onlar hansı suallardır….

MSK-nın Mövsüm Səmədovun sənədlərini gizlətməsi, itirməsi, yandırması haqqında fikirləri bəlkə heç kim şübhə altına salmaz, ancaq hansı səbəbdən Mövsüm Səmədovun namizədliyini irəli sürən partiya belə asanlıqla təslimçi mövqe nümayiş etdirməlidir? Nə üçün bu məsələ ən azı məntiqi sona qədər araşdırılmır?

Nə üçün yerli və sonra da beynəlxalq məhkəmələrdə Mövsüm Səmədova qarşı MSK-nın qanunsuz hərəkətləridən şikayət verilmir? Nə üçün MSK-nın Mövsüm Səmədova qarşı bu cür hərəkətləri geniş ictimaiyyətə çatdırılmır və hüquqları müdafiə olunmur?

Belə bir qərar qəbul edən partiya funksionerlərin hardan o qənaətə gəliblər ki, İlyas İsmayılov Mövsüm Səmədovu əvəz edə bilər? Hansı əsasa görə qərara alınıb ki, İlyas İsmayılov partiyanın bəyan etdiyi meyarlara cavab verən namizəddir?

Üç ildir Azərbaycanda hicab qadağası mövcuddur və üç ildir hicaba azadlıq tələb edən dindarlar represiyalara, həbslərə, işgəncələrə məruz qalır, Milli Məclisin deputatı olan İlyas İsmayılov bir dəfə hicab qadağası və hicab məhbuslarının məsələsini qaldırıbmı?

Axı hansı keyfiyyətə görə prezidentliyə namizəd kimi İlyas İsmayılov AİP-in dəstəyini qazanmalıdır? Bu suallar çox ciddidir, cavabları da onadan vacibdir. AİP-n bu qərarına münasibətini açıqlayan İlyas İsmayılov isə bəyan edib ki, islamçılar onların işinə yardım edəcəklər.

İlyas İsmayılovun verdiyi bu açıqlamanın mövzunu, zamanı və şəraiti nəzərə alaraq mənasını anlayırsınızmı? Mən başa düşürəm ki, Mövsüm Səmədovu hakimiyyət seçkiyə buraxmayacaqdı, ancaq nə üçün AİP-ə görə onun alternativi İlyas İsmayılov olmalı idi? Axı ən azı Milli Şuranın vahid namizədi var, özü də bu demək olar hamı tərəfindən qəbul olunan Cəmil Həsənlidir. Nə üçün Cəmil Həsənli AİP-in dəstəyini almamalı idi?

Yerigəlmişkən, onu da deyim ki, heç də bütün islamçılar İlyas İsmayılovun namizədliyini dəstəkləmir, İslam Partiyası Baş Məclisinin üzvü, Nardaran Ağsaqqalları Şurasının sədri Natiq Kərimov əvvəlki kimi öz mövqeyində qalaraq Milli Şuranın namizədini dəstəkləyir, mətbuata verdiyi açıqlamada ağsaqqal qeyd edib ki, iştirak etdiyi Baş məclisin toplantısında səs vermə demokratik keçirilib və qəbul olunan qərar da demokratik yolla verilib. Ondan başqa hicab məhbusu Tale Bağırzadə də Milli Şuranın namizədliyini dəstəklədiyini bəyan edib.

Bu artıq islamçıların səsinin parçlanması deməkdir, çünki seçkilərdə səsvermə, namizədlərin dəstəklənməsi həlledici məqamdır. Ən azı formal olaraq bu həlledici sayılır. İslam Partiyasına hakimiyyətin dolayısıyla nüfuz etməsini iddia etmək olar, çünki İlyas İsmayılovun hakimiyyətə xidmət etməsini kimsə özü üçün isbatlaya bilməsə də, heç kimi deyə bilməz ki, bu adam hicab qadağası və hicab məhbuslarının məsələsini nə zamansa qaldırıb.

islamtimes.org

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button