Müsahibə

Suriyaya qarşı hərbi müdaxilə Azərbaycana da təsir edəcək

Politoloq Zərdüşt Əlizadə İslaminsesi.az-a müsahibəsində Suriyaya hərbi müdaxilə və onun nəticələri haqda danışıb.

-Suriyaya hərbi müdaxilə olarsa, tərəflərin bir-birini suçlamaq üçün kimyəvi silahdan istifadəsi mümkündürmü?
-Suriyada kimyəvi silahlardan istifadənin gündəmə gətirilməsi Qərb dövlətlərinin düzəltdiyi bir oyundur. Bu artıq heç kəsdə şübhə doğurmur. Bu addım Qərbin maraqlarına yönəlib. Dünya ictimaiyyətinə guya B.Əsədin kimyəvi silah işlətməsi barədə yalan məlumat yaymaqla, Suriya hakimiyyətini məhv etmək üçün bəhanə axtarır.
Qərbin himayəsində olan mətbuat orqanları bu yalanları həqiqət kimi təqdim edir.
Düşünürəm ki, B. Əsədin bu qarşıdurmada müdafiə olunan tərəf odluğunu hər kəs bilir. Rəsmi Dəməşq Qərb dövlətlərinin zor siasətinə qarşı müdafiə olunmağa məcburdur.

-Əksər siyasətçilər və ekspertlər Suriyanı “son hədd” adlandırır. Qərb bu “son həddi” aşarsa, bölgədə, ümumiyyətlə dünyada nə baş verər?
-Artıq baş verən hadisələrin fonunda əmin-amanlıq, sabitlik pozuluraq böyük bir qaçqın ordusu əmələ gəlib. Ancaq bütün bunlar Qərbin transmilli şirkətlərinin rəhbərlərini düşündürmür. Çünki Suriyada ölənlərə üçüncü dərəcəli insan kimi baxırlar. Bir ABŞ əsgəri öldüyü zaman bu, onlar üçün faciə, minlərlə iraqlı, suriyalı öldüyü zaman isə adi hal sayılır.

-Suriyadakı situasiya Azərbaycana necə təsir edir və hərbi müdaxilə olarsa, ölkəmiz hansı fəsadlarla üzləşə bilərik?
-Dağlıq Qarabağ münaqişəsi nümunəsində beynəlxalq hüququn işləməməsini görürük.
Başqa bir tərəfdən isə biz Yaxın Şərqin tərkib hissəsiyik. Suriyaya hərbi müdaxilə olarsa, bütöv bölgədə stabilliyin pozulmasının dolayı təsirini görəcəyik.

islaminsesi.az

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button