ArxivXəbər lentiXəbərlər

Türkiyə şiələrinin lideri “Haşdi Şabi”ni müdafiə etdi

Türkiyənin tanınmış din alimi, şiə liderlərindən olan Səlahəddin Özgündüz cümə xütbəsində “Haşdi Şabi”ni müdafiə edib

qafqaz.ir İslamazeri.com -a istinad xəbər verir ki, Türkiyənin tanınmış din alimi, şiə liderlərindən olan Şeyx Səlahəddin Özgündüz İstanbul, Halkalı bölgəsində “Zeynəbiyyə” məscidində etdiyi cümə xütbəsində İraq Ordusuna bağlı “Haşdi Şabi” könüllülərini müdafiə edib.

Çıxıında o Haşdi Şabi bizə xidmət edir. Buranın diriliyi-birliyi üçün çalışır. Sincarı kim aldı? – “Haşdi Şabi”… Biz narahat deyildikmi PKK-dan? “Haşdi Şabi” gələr-gəlməz PKK çıxdı getdi oradan. Amerika bir-iki il öncə nə deyirdi?

“İŞİD terrorçuları ilə müharibə 20-30 il sürə bilər. Bir əsr də davam etsə biz mübarizəmizə davam edəcəyik” deyirdi. Görürsüz Amerika 20-30 ildən danışırdı. Amma “Haşdi Şabi” quruldu, ildırım sürətilə hamısını təmizlədi. Onlar kimdir? Peşəkar əsgərlər də deyil, könüllü insanlardan ibarət olan dəstələrdir.”, -deyə qeyd edib.

Şeyx Səlahəddin Özgündüz daha sonra deyib: “Haşdi Şabinin girəcəyi yerdə qətliam edəcəklərini deyirdilər. Amma baxın, zurna-davulla qarşılandılar. Girdikləri yerdə bayram edirlər. İnanmırsan? Türk şəhəridir – Təlafərə get özün gör.  Səddamın şəhəri Tikritə get,  gör necə qarşılanıb – “Haşdi Şabi”?. Hamı bayram edir…

Özgündüz “Haşdi Şabi”ni hədəfə alanları tənqid edərək deyib: “Onların hamısı şiə deyilki? Onlar bir müqavimət təşkilatıdır. Rəsmi qurumlar tərəfindən rəsmiyyət verilmiş bir təşkilatdır. Hər bölgədə bu təşkilat var. Əməliyyat olan bölgələrə də, o bölgələrdən olan könüllülər iştirak edir, başqa bölgələrdən deyil…

Qeyd edək ki, “Haşdi Şabi” İraq Ordusuna bağlı könüllü dəstələr olaraq yaradılıb. Mərcəiyyətin distəyilə yaradılan bu dəstələr anti-terror əməliyyatlarında çox böyük uğurlar əldə ediblər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button