ArxivXəbər lentiXəbərlər

Türkiyə Səadət partiyasının lideri bu ölkənin parçalanması haqda xəbərdarlıq edib

IRNA-nın məlumatına görə, üç gün bundan öncədən Türkiyənin şərq və cənub-şərqindəki kürd sakinli məntəqələrdən baxış keçirən Türkiyə Səadət partiyasının lideri Mustafa Kamalak Diyarbəkir şəhərində hüquq orqanlarının başçıları ilə görüşdə bu xəbərdarlığı verib. O, bu ölkənin parçalanması haqda xəbərdarlıq edib.

O, bildirib ki, Türkiyənin kürd sakinli məntəqələrinin əhalisi ayrılmaq və parçalanmaq fikrində deyil.

Kamalak deyib: Bu məntəqələrin əhalisinin istəyi, ümumi təhlükəsizlik və asayişin qurulması, iqtisadi problemlərin aradan qaldırılmasıdır.

O, Sudan, Liviya, İraq, Misir və Suriya daxil olmaqla İslam dünyası ölkələrinin mövcud durumlarına toxunaraq, söyləyib: Dünya imperializminin hədəfi, terrorizmdən istifadə ilə Türkiyəni parçalamaq və böyük İsrail yaratmaqdır.

O, Türkiyənin şərq və cənub-şərq məntəqələrində işsizlik xüsusiyyət təşkil etməklə iqtisadi problemləri terrorizmin inkişafı mənbəyi adlandıraraq, deyib: Terrorizmlə mübarisə istiqamətində bu məntəqələrdə iş yerlərinin yaradılması, eləcə də iqtisadi problemlərin həlli yolunda real addımlar atılacaqdır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button