ArxivXəbər lentiXəbərlər

Türkiyə, İran və Rusiyanın Baş Qərargah rəisləri görüşəcək

Noyabrın 19-da Türkiyənin Antalya şəhərində Rusiya, Türkiyə və İranın  xarici işlər nazirlərinin görüşü olub. Görüşün yekununda Rusiya XİN rəhbəri Serqey Lavrov jurnalistlərə bəyan edib ki, tərəflər bütün əsas məsələlərdə razılığa gəliblər.

«Biz noyabrın 22-də Soçidə 3 ölkənin prezidentlərinin görüşü ilə bağlı konkret məsələlərin müzakirəsi üçün toplaşmışdıq. İş çox faydalı idi, bütün əsas məsələlərdə razılığa gəldik», – deyə Lavrov bəyan edib.

Lavrovun sözlərinə görə, Soçi sammitindən əvvəl Baş Qərargah rəislərinin görüşü barədə də razılığa gəlinib. RF XİN rəhbəri bildirib ki, tədbirdə Suriyanın deeskaloasiya zonaları işinin detalları müzakirə olunacaq. RF XİN rəhbəri bəyan edib ki, üç ölkənin hərbçiləri Suriyanın 4 deeskalasiya zonasının işi ilə bağlı daimi rabitədədirlər və artıq 5-ci zonanın yaradılması barədə işlər aparırlar.

Qeyd edək ki, rəsmi məlumatlara görə, görüşdə əsas mövzu Suriya olsa da, əsas hədəf başqadı. Belə ki, Rusiya, Türkiyə və İran Vaşinqtona amerikalıların artıq qapı kəndarında qaldıqlarını və ehtimal ki, İŞİD-in məhvindən sonra məhz regiondakı nüfuzlu dövlətlər oyunun şərtlərini irəli sürəcəkləri barədə siqnal yollayıblar.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button