ArxivIslamXəbər lentiXəbərlər

Türkiyə Diyanəti erməni dilində Quran nəşr etdi (Foto)

Türkiyə Diyanət Başqanlığı erməni dilində Quran nəşr etdi.

 Türkiyə Diyanət Başqanlığı (Dini İşlər İdarəsi) 4 min tirajlıq Qurani Kərimin erməni dilinə tərcümə edilmiş variantını nəşr edib.

Bu haqda Türkiyə Diyanət Başqanlığının rəsmi saytında məlumat yerləşdirilib.Türkiyə Diyanət Başqanlığının Dini yayınlar şöbəsinin direktoru Yüksəl Salman bu haqda deyib: “İlk öncə ispan, kürd və erməni dilində Qurani Kərimin tərcüməsini qərb və şərq ləhcəsilə nəşr edilmişdir.”

Yüksəl Salman Quranın qondarma soyqırımla eyni vaxtda nəşr edilməsini təsadüfi adlandıraraq: “Bu nəşr üzərində 4 ildən artıqdırki, iş gedir. İki il yarıma tərcüməsi tamamlanıb. Sonrakı illərdə kontrolları həyata keçirilib. Bu nəşr bu vaxtda işıq üzü görməsi tamamilə təsadüfdür.”

Daha sonra Diyanət rəsmisi deyib: “Biz təkcə erməni dilində deyil, Diyanət Başqanlığı olaraq bütün dünya dillərində İslamın mesajını insanlara çatdırmağı özümüzə vəzifə bilirik. Dil bir vasitə, hədəf İslamın gözəlliklərini Quranın mesajını toplumla, dünya ilə tanış etməkdir. Qlobal bir təşkilat olaraq Diyanət Başqanlığı öz vəzifəsini yerinə yetirib.”

نا

ی

ذا

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button