Türkiyə vətəndaşı Azərbaycanda öz qızını öldürdü: Təfərrüatı MƏLUM OLDU – FOTO
Lent.az sözügedən hadisənin bəzi təfərrüatını əldə edib.
Məlum olub ki, Türkiyə vətəndaşı olan Yeşil Ahmet Turan uşağı gəzməyə aparmaq adı ilə evdən çıxarıb. Sonra isə o, uşağı öldürmək üçün dəniz kənarına gətirib.
Atası körpəni dənizdə boğmaq məqsədi ilə onun paltarlarına qum və daş dolduraraq suya atıb. Nəticədə uşaq boğularaq ölüb.
Bütün bunlar ərazidəki təhlükəsizlik kameralarına da düşüb.
Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.
uşağın atası
uşağın atası
01:16
Martın 31-də Sumqayıt şəhəri ərazisində dəniz sahilində uşaq meyitinin aşkar edilməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Baş Prokurorluqdan verilən məlumata görə, araşdırmalarla 1984-cü il təvəllüdlü Yeşil Ahmet Turanın Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsi ərazisində azyaşlı övladını suda boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Yeşil Ahmet Turan prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.