AktualAktualArxivXəbər lentiXəbərlər

Türk Dilində Ensiklopediyaı Ərdəbildə hazırlanır

Ərdəbilin İmam-cüməsi deyib: Türkdilli ustanların təmsilçisi olaraq Türk Dilində Ensiklopediya Ərdəbildə hazırlanır.

Qafqaz Mədəniyyət Mərkəzinin verdiyi məlumata əsasən, Ayətullah Seyid Həsən Amili Ərdəbil Ustanının Ümumi Mədəniyyət Şurasının iclasında buyurub: Bu ustanını dəyərli məşhur insanları olub. Onları ölkə səviyyəsində tanıtdırmaq lazımdır.

Ərdəbilin imam-cüməsi İran tarixində Ərdəbilin rolu və təsirinə işarə ilə deyib: Ustan məsulları bu sahədə ciddi çalışmalı, ustanın əhəmiyyətli rolu ilə hamını tanış etməlidirlər.

Cənab Amili Tehranın Milad Qülləsində bütün ölkə, xüsusilə ustan əhalisinin iştirakı ilə Ərdəbil Mədəniyyət Həftəsinin keçirilməsini  ustanın tanıtdırılmasında  əhəmiyyətli addım  kimi dəyərləndirərək deyib: Bu mühüm mədəni tədbir Ərdəbilin, onun potensial imkanlarının tanıtdırılması istiqamətində çox faydalı oldu.

Ərdəbil Ustanının Xibrə Məclisindəki nümayəndəsi buyurub: Ustan məsulları Səfəvilərlə bağlı sənədli film hazırlamaqla  İran fədakarlığı və qeyrətini beynəlmiləl müstəvidə nümayiş etdirə bilər. Bu sahədə çalışmaq lazımdır.

Amili Ərdəbil Ustanının Məşhurları Cəmiyyətinin yaradılması barədə deyib:  Belə cəmiyyətin yaradılması ustanın çoxsaylı və dəyərli məşhur insanlarının ölkə səviyyəsində tanıtdırılmasında təsirlidir.

Cənab Amili ustanın dəyərli insanlarının qiymətləndirilməsi zərurəti barədə buyurub: Hansısa təəssüb və cəbhələşməyə yol vermədən ustanın tarixi istedad və dəyərlərinin, məşhurlarının tanıtdırılması üçün addım atılmalıdır.

Vəliyyi-Fəqihin  Ərdəbil Ustanındakı nümayəndəsi dəyərli Quran fəalliyyətlərinə işarə ilə deyib: Quranla bağlı  təlaşlarda Behzad Həjbəri kimi fəalların dəyərləndirilməsi lazımdır, onlar ustan əhalisinin fəxridirlər.

Ayətullah Amili Ərdəbildə Türk Dilində Ensiklopediyanın hazırlanması barədə buyurub: Bu mədəniyyət tədbiri  ustanın təmsilçisi olaraq Ərdəbildə  həyata keçirilir.  Ensiklopediyada digər ölkələrdə işlənən sözlərdən istifadə olunmur.

Məclisdə iştirak edən Ərdəbil ustandarı Tehranda keçirilən Ərdəbil Mədəniyyət Həftəsi barədə deyib: Ustanla bağlı bu mühüm tədbirə 15 min insan qatılıb. Onlar ustanda kənd təsərrüfatı, sənətkarlıq, turizm, əl işləri və digər sahələrlərdəki uğurlarla tanış olublar.

Məcid Xudabəxş Mədəniyyət Həftəsi mərasimində 300 ərdəbilli istedad və fəalın təltif edilməsi barədə deyib:  Bu insanlar ustanda müxtəlif sahələrdə faydalı  işlər görüb, ustanın inkişifı yolunda addım atıblar.

Bu yığıncaqda  Ərdəbil Ustanının Məşhurları Cəmiyyətinin idarə heyəti təsdiqlənib, Ərdəbil Ustanının  Korlar Cəmiyyətinin sədri Əzəm Müfti təltif edilib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button