ArxivXəbər lentiXəbərlər

Turizm İran və Azərbaycan əlaqələrinə təkan verəcək

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İsfahan vilayətinin valisi ilə görüşdə deyib: Yaranan turizm potensialları İran və Azərbaycan arasında ikitərəfli əməkdaşlıqların inkişafının nəticəsidir.

İRİB-in məlumatına görə, Azərbaycanın mədəniyyət və turizm naziri deyib: İldə 127 min iranlı Azərbaycana səfər edir və bu ölkənin səfirliyi Novruz bayramı günlərində 46 min iranlıya viza verib.

Qarayev əlavə edib: Azərbaycan İsfahan mədəniyyət həftəsini təşkil etməyə hazırdır.

Azərbaycanda yeni ilin İslam Həmrəyliyi İli adlandırılmasına toxunan Qarayevin sözlərinə görə, İran və Azərbaycanın müştərək məzhəbi qarşılıqlı turizm potensiallarını inkişaf etdirə bilər.

İsfahan valisi də deyib: Bu vilayət 20 mindən çox təbii və mədəni cazibəliyə malikdir. 1700-dən çoxu milli səviyyədə qeydə alınıb və 7 əsər isə YUNESKO-nun qeydiyyatına düşüb.

Rəsul Zərgərpur Əhatəli Müştərək Təşəbbüs Proqramından sonra əcnəbi turistlərin sayının dörd dəfə artdığını deyib: Builki Novruz günlərində 3 milyondan çox yerli turist İsfahana səfər etdi.

O əlavə edib: Proqrama əsasən gələn beş il ərzində ildə əcnəbi turistlərin sayını 1 milyon nəfərə, yerli turistlərin sayı isə 10 milyon nəfərə çatacaqdır.

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 60 nəfərdən ibarət tanınmış incəsənət xadiminin müşayiəti ilə Azərbaycan mədəniyyət günlərinin keçirilməsi məqsədilə İranda səfərdədir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button