AktualAktualArxivXəbər lentiXəbərlər

Tehranın imam cüməsi Azərbaycanda islamçılara qarşı mövcud repressiyanı tənqid edib

Tehranın cümə namazının xətibi: “Azərbaycan Respublikasında və digər ölkələrdə dindarlara qarşı ciddi məhdudiyyətlər vardır və dindarlar repressiyalarla qarşılaşırlar”.

Qafqaz Mədəniyyət Mərkəzi – Tehranın müvəqqəti imam cüməsi həzrət Ayətullah Siddiqi bu həftənin cümə namazı xütbələrində Bəhreyn şiələrinin rəhbəri Şeyx İsa Qasimə qarşı çıxarılmış hökmə işarə edərək deyib: “Ayətullah İsa Qasim hələ də Bəhreyn rejimi tərəfindən mühasirədədir. Allahın inayəti ilə qeyrətli və mömin xalq fədakarcasına toplanaraq ona qarşı olan qondarma məhkəməni bir neçə dəfə təxirə saldı. Görəsən, Bəhreyn dövləti nə vaxt oyanacaq? Ərəbistan hələ də uşaq öldürür, dünya isə bu cinayətə tamaşa edir. Ərəb dünyası İslam Əməkdaşlıq Təşkilatını necə qəbul edir ki, hələ də öz cinayətlərini davam etdirir?”

Ayətullah Siddiqi xütbəsinin davamında deyib: “Azərbaycan Respublikasında da dinə qarşı sərt məhdudiyyətlər mövcuddur. Bu məsələ əhalisinin əksəriyyətini müsəlmanlar təşkil edən bir ölkə üçün qəbuledilməzdir”.

Xətib Azərbaycan R-nın hakimiyyətini qınayaraq deyib: “Səudiyyə Ərəbistanı 17 ölkəni Donald Trampın ər-Riyada səfəri zamanı keçiriləcək “müqavimət hərəkatına qarşı ərəb cəbhəsi” toplantısında iştirak etməyə dəvət edib. Azərbaycan prezidenti İlham Əliyev də bu toplantıya dəvət alan ölkə başçılarındandır”.

İmam cümə xütbəsinin sonunda bütün dindar məhbusların, xüsusilə də Azərbaycan Respublikasının islamçı məhbuslarının azadlığa çıxması üçün dua edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button