ArxivXəbər lentiXəbərlər

İŞİD-in rus üzvlərinin sayı açıqlandı

Rusiya istintaq komitəsinin məlumatlarına əsasən, hələ ötən il terror qruplaşmalarının tərkibində vuruşmaq üçün mindən çox rusiyalı Suriyaya gedib

İslamazeri.az-ın “İslamnews”-a istinadən verdiyi xəbərə görə, komitə sədri Aleksandr Bastrıkin bildirib ki, bu şəxslərə qarşı 470 cinayət işi açılıb.

Suriyaya gedən hər səkkizinci rusiyalı hökümət qoşunları ilə olan toqquşmalarda öldürülüb.

Aleksandr Bastrıkinin sözlərinə görə, Rusiya vətəndaşları Suriyaya Türkiyə və Misir vasitəsi ilə keçirlər. Bu şəxslər adətən, istirahət, təhsil və ticarət adı altında ölkədən çıxırlar.

Rusiya müdafiə nazirliyinin verdiyi məlumata əsasən, terror qruplaşmalarına qoşulmuş 2 minə yaxın rusiyalı Suriya ərazisində məhv edilmişdir. Suriyadaki rus qoşunlarının komandanı general-polkovnik Alkesand Dvornikovun sözlərinə görə, öldürülənlərin 17-si səhra komandiri olub.

Qeyd edək ki, Suriyaya gedən rusiyalılar təkcə İŞİD və Nusra cəbhəsi sıralarında deyil, həmçinin digər terrorçu qruplaşmaların tərkbində də vuruşurlar.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button