ArxivIslamXəbər lentiXəbərlər

Almanlar İslamı tanımaq üçün məscidlərə gedirlər

Almaniyanın Köln şəhərində İslam dinini daha yaxından tanımaq istəyən bir qrup Almaniya vətəndaşı İslam Cəmiyyəti Milli Görüş Təşkilatının (İGMG) Deutz məscidinə gələrək, din xadimlərindən İslam haqqında məlumatlar alıblar.
Deyerler.org Anadolu-ya istinadən xəbər verir ki, Deutz məscidindən verilən açıqlamaya əsasən, Kulturklüngel Fondunun sədri Tomas Bönigin rəhbərliyi ilə məscid axtaran, təxminən 20 nəfərlik bir qrup məscidə gəliblər. Onlar məscid rəsmilərinə İslam, Həzrəti Məhəmməd (s), Ramazan ayı və müsəlmanların həyat tərzləri kimi mövzularda suallar veriblər.
Məscid idarəsinin sədri və Köln Uyğunlaşma Şurasının üzvü Əli Esen qonaqlara müraciətində, xüsusilə son dövrlərdə bəzi qurumlar tərəfindən İslamın və müsəlmanların haqsız yerə hədəfə alındığını və islamofobiyanın artması narahatlığını çatdırıb. O, qonaqların İslamı yerində öyrənmələrindən məmnun olduğunu qeyd edib.
Hər yaşdan olan qadın və kişilərdən ibarət qrup səfərdən sonra, məscidin rəsmiləri ilə xatirə şəkili çəkdiriblər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button