ArxivXəbər lentiXəbərlər

Tehran-Bakının əlaqələri stratejidir

İranın Azərbaycan Respublikasındakı səfiri Tehran-Bakı əlaqələrinin strateji və inkişafda olduğunu bildirib.

İranın Azərbaycan Respublikasındakı səfiri Möhsün Pakayin İRNA ilə müsahibədə deyib: Hazırda iki ölkə əlaqələri hər zamankından daha yaxın və səmimidir. Əməkdaşlıqların genişləndirilməsi üçün heç bir maneə yoxdur və demək olar ki, Tehran-bakı əlaqələri strateji əlaqələr hesab olunur.

İranın Azərbaycandakı səfiri əlavə edib: Nüvə anlaşmasından sonrakı dövrdə qonşularla əlaqələrin genişləndirilməsi və möhkəmləndirilməsi prioritetdir.

Səfirin sözlərinə görə, İran İslam Respublikası və Azərbaycan Respublikası regionun təhlükəsizliyi və stabilliyi ilə əlaqədar əsas məsələlərdə eyni mövqeyə malikdirlər.

İranın Azərbaycandakı səfiri həmçinin deyib: Regionda üçtərəfli və çoxtərəfli əməkdaşlığın genişlənməsinin vacibliyini vurğulayır və onun sülh, dostluq, təhlükəsizlik və stabilliyin güclənməsi ilə nəticələnəcəyini hesab edirik.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button