ArxivmədəniyyatQarabağSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Tehran-Bakı həmkarlıqları genişlənir

İranın Azərbaycan Respublikasındakı səfiri Tehran-Bakı münasibətlərinin genişləndirilməsi yolundaki maneələrin aradan qaldırıldığını bildirib.

Qafqaz.ir  xəbər veriri ki, Seyyed Əbbas Mousəvi bu gün İranın Şərqi Azərbaycan valisi və bu vilayətin iqtisadi rəsmiləri və fəalları ilə videokonfrans formatında keçirilən söhbətində Azərbaycan Respublikası xarici işlər nazirinin Tehrana olmuş son səfərinə işarə edib. Bildirib ki, Ceyhun Bayramov Azərbaycan Respublikasının İran şirkətlərinin Dağlıq Qarabağın azad olunmuş rayonlarının bərpasında fəal iştirakına maraq göstərdiyini elan edibdir.

Mousəvi əlavə edib: İran İslam Respublikası Azərbaycan Respublikasında dəmiryolu, sənaye şəhərciyinin salınması, əczaçılıq, traktor və avtobus istehsalından tutmuş ərzaq məhsullarınadək olan sahələri əhatə edən on beşə yaxın iri milli layihə üzərində işləyir.

İranın Azərbaycan Respublikasındakı səfiri daha sonra bildiribdir ki, iki ölkə arasındakı preferensial ticarət razılaşmasının imzalanmasına dair danışıqlar son mərhələyə yaxınlaşıb və tezliklə onun yekun sənədi imzalanacaqdır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button