ArxivIslamXəbər lentiXəbərlər

Tbilisidə İmam Əli (ə) və Xanım Zəhranın (s.ə) evlilik ildönümünə həsr edilən tədbir keçirildi – FOTO

Tbilisidə İmam Əli (ə) və Xanım Zəhranın (s.ə) evlilik ildönümünə həsr edilən “Ailə və övlad tərbiyəsi” adlı tədbir keçirilib

İslamazeri.com xəbər verir ki, bu gün Tbilisidə “Alul-beyt” Mədəniyyət Mərkəzinin konfrans zalında Hz. İmam Əli (ə) və Fatimeyi Zəhranın (s.ə) evlilik ildönümünə həsr olunmuş “İslamda ailə və övlad tərbiyəsi” mövzusunda növbəti elmi konfransın keçirilib.  Əsas mövzusu “Övlad tərbiyəsi” olan bu konfrarnsa məktəb müəllimələri, din, elm və ictimaiyyət xadimələri və tələbələr dəvət edilib.
Xanımların iştirakı ilə keçirilən konfransın aparcısı Gürcüstan Müsəlman Qadınıar İcmasının üzvü (GMQİ) Gülsəfa Şahverdiyeva toplantını açıq elan edərək Qurani-Kərimin tilavəti üçün sözü Şahnaz Həsənova verib.
Sonra Gürcüstan Müsəlman Qadınları İcmasının sədri Gülşə Nemətova “Sağlam və saleh övlad” kitabının yazarı Məsumə Şahmərdanlı, Qadınıar İcmasının üzvləri Elnurə Heydərova, Fatimə Süleymanova və başqaları çıxış ediblər.
Çıxış edən xanımlar İslamda övlad tərbiyəsi, Qadının sağlam ailənin formalaşmasında rolu, Sağlam və saleh övlad tərbiyəsində mühüm amillər və s. haqqında geniş və faydalı məlumatlar veriblər.
Konfrans sonrası iştirakçılar şirniyyat süfrəsinə dəvət edilərək müzakirəni orada davam ediblər. Onlara Ailə mövzusunda yeni çap olunmuş “Sağlam və saleh övlad” kitabı hədiyyə edilib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button