ArxivIslamSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Tarixin ilk Ərbəin ziyarəti

Səfər ayının ortalarından 20-ə qədər Kərbəla yolunda izdihamlı yürüşlər müşahidə edilir. Bu yürüşə qatılmaq üçün milyonlarla insan müxtəlif ölkələrdən İraqa getməyə can atırlar. Bu yürüş İmam Hüseynin Kərbəlada “Mənin imdadıma gələn varmı?!” çağırışından sonra yaranmış və hələ də sönməyən bir hidayət məşəlini tərənnüm etdirir.
Qafqaz.ir xəbər verir ki, hicri-qəməri tarixi ilə bu gün səfər ayının 13-dür. Səfər ayının ortalarında müxtəlif ölkələrdən gəlmiş milyonlarla zəvvar özlərini Nəcəf şəhərinə, yəni qədimi Kufə şəhərinin yaxınlığında salınmış şəhərə çatdırırlar. Bu həmin Kufə şəhəridir ki, İmam Hüseyn oranın əhalisindən imdad və yardım istəmişdi. Həmin zaman Yezid ibni Müaviyə və onun əlaltıları Kufəni zəbt etmiş, imamsevərləri yardıma getməyə mane olmuş, digər tərəfdən İmam Hüseynin karvanını Kərbəla çölündə mühasirəyə almışdılar. Aşura faciəsində İmam Hüseynin bölgədə yaşayan müsəlmanlara “Mənə yardım edən varmı?!” çağırışı, o qədər təkrarlandı ki, indi bütün dünyada trendə çevrilib. İndi azad təfəkkürlü insanlar həmin zaman yardıma getməyənləri və imamı tək-tənha qoyanları qınayır, hazırki dövrdə imamın çağırışına ləbbeyk deyərək, onun məzarı istiqamətində yolu piyada qət etməyə hazırdırlar. Bu yola çıxan zəvvar bildirir ki, İmam Hüseynlə birgə olmaq üçün yüzlərlə, minlərlə km yolu qət etməyə hazırdır. Kərbəla istiqamətində piyada gedən zəvvar bildirir ki, mən də İmama qovuşmaq və haqq carçısı olmaq istəyirəm. İstəyirəm ki, qiyamət günündə imamın çağırışına ləbbeyk deyənlərdən olum, onu tək qoyanlardan deyil!
Səfərin ortalarında Nəcəfə çatan zəvvarlar buradan Kərbəlaya doğru 80 km-lik yolu piyada qət edirlər. Onlar səfər ayının 20-də, yəni İmam Hüseynin qırxında özlərini Kərbəlaya çatdırır və imamın qəbrini ziyarət edərək, o həzrətin çağırışına ləbbeyk demiş olurlar. Onlar, min ildən artıqdır Əhli-beyt aşiqlərinin qəsd etdiyi müqəddəs məkanı ziyarət edirlər. Tarixdə Mütəvəkkil Abbasi, Həccac ibni Yusif Səqəfi, radikal vəhhabi cərəyanı kimi zalımlar bu məzarı dəfələrlə dağıtsalar da Allah öz nurunu tamamlayıb və onu nəsillərdən nəsillərə ötürərək yaşadıb. Çünki Allah birini ucaltmaq istəsə, onu heç kim aşağılaya bilməz. Eyni zamanda mütəal Allah Yezid kimi birini xar etmək istəsə heç kəs onu ucalda bilməz.
XII əsrdə yaşamış islam tarixçilərindən Seyid ibni Tavus Aşura faciəsi barədə yazdığı “Lühuf” adlı əsərində bildirir ki, ilk Ərbəin ziyarətini elə İmam Hüseynin əsir düşmüş ailəsi həyata keçirir. O bildirir ki, İmam Hüseynin əsir düşmüş, Şama Yezidin sarayına əsir olaraq aparılmış ailə üzvlərinin içində dördüncü İmam İmam Səccad Zeynulabidin və həzrət Zeynəb də var idi. Onların yenidən Şamdan Mədinəyə qaytarılması zamanı yol Kərbəladan keçirdi və onlar İmam Hüseynin məzarını burada ziyarət edə bildirlər. Bu İmam Hüseynin qırxı ərəfəsinə təsadüf edirdi.
Seyid ibni Tavus bildirir ki, Əhli-beyt üçün ən acılı günlərdən biri də İmam Hüseynin əsir düşmüş ailəsinin karvanının Mədinəyə çatdığı zaman idi. Onlar babaları Məhəmməd Peyğəmbərin qəbrinin yanına gələrək, əza saxlamağa başladılar. Seyid ibni Tavus yazır ki, bu əza Əhli-beyt müsibətli tarixini göstərən ən mühüm günlərdən biri idi.
İmam Hüseyn qiyamı, dünyaya müvəqqəti və maddi gözlə baxanlar üçün məğlub olmuş görünürdü. Lakin bir neçə il sonra İmam Hüseynin intiqamını alan və haqqın bərpasını tələb edən tövbəkarlar qiyamı baş qaldırdı. Belə bir zamanda baş verən faciə hərb baxımından adi görünsə də, az keçməmiş, bu faciə İslam dünyasında yeni və ciddi siyasi hərəkatlar yaratdı. Tövbəkarlar qiyamı, Muxtar Səqəfinin qiyamı, Zeyd ibni Əlinin qiyamı, daha sonra Yəhya ibni Zeydin, Nəfsi-Zəkiyyə, Məhəmməd ibni Qasim, Təbatəbai Hüseyni və Təbəristanlı Ələvilərin qiyamı və zülmkar hökumətlərə qarşı digər qiyamlar Aşura faciəsinin nəticəsində baş verdi. Nəhayət, Əbu Muslim Xorasaninin İmam Hüseynin (ə) intiqamını almaq niyyəti ilə başlatdığı Abbasilər qiyamı sonda Hicrətin 139-cu ilində Bəni-Üməyyə hakimiyyətinə son qoydu.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button