ArxivIslamNardaranXəbər lentiXəbərlər

Tale Bağırzadəyə işgəncə veilməsi ilə bağlı araşdırma başladı

  • Qobustan həbsxanasında cəza çəkən “Müsəlman Birliyi” Hərəkatının rəhbəri Tale Bağırzadənin günlər öncə səsləndirdiyi iddia barədə məlumat verilib. Hərəkat rəhbəri ailəsi ilə telefonla danışarkən həbsxanada ona işgəncə verildiyini bildirmişdi.

 

İlahiyyatçı həmçinin həbsxanada onunla birgə cəza çəkən Cabbar Cabbarovun döyüldüyünü deyib. O, hətta məhbusu həbsxananın rəisi Aftandil Ağayevin şəxsən özünün döydüyünü söyləyib.

 

Sosial şəbəkələrdə isə “Müsəlman Birliyi”nin tərəfdarları, eləcə də müxalif kəsim T.Bağırzadə və onunla birlikdə Qobustan həbsxanasında cəza çəkən məhbuslara orada qeyri-insani davranışların olduğunu bildirirlər.

 

Novella Cəfəroğlu ile ilgili görsel sonucu

Novella Cəfəroğlu: “Bu xəbəri ilk dəfədir eşidirəm”

Hüquq müdafiəçisi Novella Cəfəroğlu T.Bağırzadənin dediklərini ilk dəfə bizdən eşitdi: “Bu xəbəri ilk dəfədir eşidirəm. Hətta onların Qobustanda cəza çəkdiklərini belə indi sizdən eşidirəm. Onlar Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmət üzrə İctimai Komitəyə müraciət etsinlər. Komitə üzvləri də bundan sonra Qobustana gedib onu görə bilərlər. Məsələ ilə yaxından maraqlanacağıq. Nə xəbər alsaq, sizlərə məlumat verəcəyik”.

Ä°lgili resim

Mehman Sadıqov: “Qobustan həbsxanasında heç kim heç kimi döymür”

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin mətbuat katibi Mehman Sadıqov yayılan məlumatları təkzib etdi: “Qobustan həbsxanasında bütün məhbusların ümumi saxlanma şəraitləri eynidir. Orada kimlərin, hansı kontingentin saxlanıldığını hər kəs bilir. Orada hər hansı bir məhbus üçün imtiyazlı şərait ola bilməz. Hamı üçün şərait eynidirsə, adını çəkdiyiniz şəxs üçün də eyni şəraitdir. İşgəncələrlə bağlı deyilənlərə gəldikdə isə, bununla bağlı dəfələrlə açıqlamalar vermişik. Qobustan həbsxanasında yeganə tələb odur ki, daxili intizam qaydalarına əməl olunsun. Məhbuslara aid nə hüquqlar varsa, hamısı yerinə yetirilir. İşgəncələrlə bağlı onların nə deməyi heç nəyi həll etmir. Orada bu məsələlərə ciddi nəzarət olunur. Qobustan həbsxanasında heç kim heç kimi döymür. Sadəcə olaraq, orada qanunvericiliyə ciddi nəzarət olunur. Bu, hər hansı bir məhbusun xoşuna gəlmirsə, bu onun problemidir”.

Səadət Bənəniyarlı ile ilgili görsel sonucu

Səadət Bənəniyarlı: “Biz belə siqnallar alanda mütləq araşdırırıq”

Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmət üzrə İctimai Komitənin üzvü Səadət Bənəniyarlı isə “Yeni Müsavat”a bunları dedi: “Adını çəkdiyiniz şəxs kimə müraciət edibsə, xəbərimiz yoxdur. İstəyərdim ki, bu məlumat daha dəqiq olsun. Tale Bağırzadə kimə nə deyibsə, tam açıqlansın, mən də komitədə məsələni qaldırım. Ondan sonra monitorinq həbsxanaya baş çəkməyə gedəcək və Tale Bağırzadənin özü ilə şəxsən görüşəcək. Biz belə siqnallar alanda mütləq araşdırırıq. Əgər təcili olursa, aidiyyəti qurumlara sorğu da veririk. Hər hansı bir hadisə baş veribsə, dərhal məlumat çatdırılsın. Tale Bağırzadənin ailə üzvlərindən kimlərsə bizimlə görüşsün, ətraflı, dəqiq məlumat versinlər. KİV-lərdə məlumatlar yayılırsa, rəsmi qurumların buna reaksiya verməmələri mümkünsüzdür. Qobustan həbsxanasında kimlərə qarşı hansı addımların atıldığı barədə adlar verilsin, biz də onu araşdıraq. Mən İctimai Komitədən monitorinq qrupunun həbsxanaya getməsinə çalışaram. Müraciəti çalışdıqca tez etsinlər”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button