ArxivXəbər lentiXəbərlər

“Bununla neftdən və qazdan asılılığımız azalacaq və…” – Politoloq

“Qərb Azərbaycandan islahat tələb etməsində səmimidir”

Siyasi ekspert  Zərdüşt Əlizadə İslamınSəsi-nə açıqlama verərkən belə deyib.

“Qərb istəyir ki, dünyada müəyyən sabitlik olsun və onun qaydalarına riayət edilsin. Onun qaydaları BMT-nin əsas sənədlərində, o cümlədən Azərbaycanın Respublikasının qanunlarında əks olunub.

ABŞ bundan əvvəl Almaniyaya, Yaponiyaya, Cənubi Koreyaya səmimi şəkildə qayda-qanunlara riayət etməsini tələb edib və buna nail olub. İndi Avropa və adını çəkdiyim ölkələrin hansı səviyyədə olduğunu görürsünüz. Azərbaycanın nə gündə olduğunu isə hamı bilir. Ölkəmizdə Allahın bizə verdiyi neftin və qazın hesabına yaşayırıq, amma dünyada heç bir alimimizlə, yazıçımızla, siyasi xadimimizlə müsbət mənada tanınmırıq. Belə olan halda, ABŞ Azərbaycana islahata getməyi tələb edir”,- deyə siyasətçi qeyd edib.

Zərdüşt bəyin sözlərinə görə, onlar bizdən sivil məhkəmə, ədalətli seçkilər və bu kimi şeylər istəyirlər:

“Bunları etsək, ölkəmizdə demokratiya olacaq. Xalq istehsal etməklə, al-verlə məşğul olmaqla varlanmağa başlayacaq. Neftdən və qazdan asılılığımız azalacaq ki, ABŞ bunu da istəyir”.

Ekspert bildirdi ki, bununla onlar Azərbaycan əhalisinin ölkədən qaçmağının qarşısını almaq istəyir. Qərbdən və ya ABŞ-dan sığınacaq istəməsin.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button