Arxiv

Talan olunan ölkənin ağır vəziyyəti

İslama, dinə, hicaba, mənəvi dəyərlərə qarşı fitnəkar hücumlar təkcə mətbuatda yox, həm də sosial şəbəkələrdə də davam edir.

Cəmiyyətdə mənəvi dəyərlərin qorunması adı altında əliyev rejimi ara sıra imitasiya oyunu oynasa da həqiqətdə bu sahədəki vəziyyət çox ağırdır.
Mənəvi dəyərləri qoruyan adamlar, ruhanilər, söz sahibi olanlar isə hicaba azadlıq tələb etdikləri üçün rejim onları şərləyərək həbsə atıb, bu da dəyərlərin deqradasiyasının güclənməsi üçün bir səbəb olaraq göstərilə bilər.
Dəyərlərin məhv olub getməsi üçün elə əliyev rejimi bütün sahələrdə az iş görmür, bir neçə gün əvvəl Milli Məclisin deputatı Qənirə Paşayevanın təklifi də bu amildən olan işlərə aid etmək olar. Deputat xanım Milli Məclisdəki çıxışı zamanı təklif edib ki, beyini ölmüş insanların digər sağlam orqanlarının ehtiyac olan xəstələrə köçürülməsini təmin edən qanun qəbul olunsun.
Burda söhbət əsasən böyrəkdən gedə bilər, çünki daha çox bu orqanın köçürülməsinə ehtiyac yaranır.
” Belə çıxır ki, deputat xanım Azərbaycanda tüğyan edən orqan mafiyasının Milli Məclisdəki təmsilçisidir, yəqin ki, bu mafiya Qənirə Paşayevanın təklif etdiyi qanun layihəsinin qəbul olunmasına nail olacaq “.

Ancaq təklif o qədər uğursuz verilib ki, deptatın dedikləri faşizmin əməli kimi qarşılanıb.1365009206_1364491100-415-(1) Məsələ ilə bağlı ilahiyyatçı kimi təqdim olunan Səmədağa Ağalarov münasibətinin daha aydın və məqbul sayıla bilər. Onun fikrincə beyini ölmüş şəxs sağlığında bununla bağlı vəsiyyət edibsə və ya özünün razılığı varsa bu halda din buna icazə verir. Ancaq Qənirə Paşayevanın dediyi kimi, bolşeviksayağı şəkildə komada olan, beyini ölən adamların daxili orqanlarını kəsib başqalarına vermək yolverilməzdir. Hələ də Azərbaycan şəraitində bu heç yol verilməzdir, çünki Azərbaycanda həkimlər, bu həkimlərin aid olduğu dairələr, vəzifəli adamlar pul qazanmaq sağlam adamları xəstə adı qoymaqla, daxili orqanlarını çıxarıb satmaqlarına şübhə yoxdur və mövcud vəziyyət barədə heç şübhəsiz ki, Qənirə Paşayevanın hamıdan yaxşı xəbəri var.
Belə çıxır ki, deputat xanım Azərbaycanda tüğyan edən orqan mafiyasının Milli Məclisdəki təmsilçisidir, yəqin ki, bu mafiya Qənirə Paşayevanın təklif etdiyi qanun layihəsinin qəbul olunmasına nail olacaq və gələcəkdə məzlum, imkansız, müdafiəsiz xalqın təkcə xəstə yox elə sağlam övladları da bu “qəssab”ların əlində qurbanlıq quzuya çevriləcək. Dəyərlərin məhv etməsi bununla bitmir, əliyev rejiminin yaratdığı və nəzarət etdiyi mediya orqanları tez tez İslamı müxtəlif
” əliyev rejiminin yaratdığı və nəzarət etdiyi mediya orqanları tez tez İslamı müxtəlif səpkili məlumatlarla, şəkillərlə, yazılarla təhqir etmək, alçaltmaq kimi addımlarından əl çəkmir, hicabı hər vəchlə cəmiyyətdən uzaq salmaq üçün cürbə cür fitnələrə gedirlər. “
səpkili məlumatlarla, şəkillərlə, yazılarla təhqir etmək, alçaltmaq kimi addımlarından əl çəkmir, hicabı hər vəchlə cəmiyyətdən uzaq salmaq üçün cürbə cür fitnələrə gedirlər.
Bu günlərdə gedən məlumatlarda Almaniyada qaçqın kimi yaşayan bir əfqan modeli – Zöhrə İsmaili haqqında danışarkən rejimin mətbuat orqanı əsas hədəf kimi İslamı, hicabı götürüb.
Elə verdikləri “Çadrasını atıb, top model oldu” kimi başlıqdan da görünür ki, bu məlumatın hədəfində nə dayanır. Ola bilər Zöhrə İsmaili heç müsəlman da deyil, Əfqanıstanda yaşayan zaman sadəcə olaraq ölkə qanunlarının tələblərinə görə çadra geyinib. Yəni, bir əfqan qadının Almaniyaya gedərək orda çadrasını çıxarıb model olması hicablı olmadan üstünlük kimi təqdim olunması fitnədən başqa bir şey deyil. Yaxud bu günlərdə İranın qadınlardan ibarət futbol yığması haqqında olan məlumatları təhrif edərək cəmiyyətə elə təqdim edirlər ki, yenə də hədəf də hicab və din gəlir, hansı ki, həmin futbol komandasında olan problem uydurmadır. İslama, dinə, hicaba, mənəvi dəyərlərə qarşı fitnəkar hücumlar təkcə mətbuatda yox, həm də sosial şəbəkələrdə də davam edir. Əliyev rejiminin dəstəklədəyi “İrəli” gənclər təşkilatı hicabı təhqir etmək üçün əxlaqsız şəkil çəkdirib, hicab məhbusu hacı Tale Bağırzadəni təhqir etmək üçün onun da şəkilini həmin şəkilə şərhlə əlavə edib sosial şəbəkələrdə fitnə ilə məşğul olurlar./İslamtimes/

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button