ArxivXəbər lentiXəbərlər

İran-Azərbaycan rəsmilərinin görüşündə iki ölkə əlaqələrinin inkişafına təkid edilib

İranın Gilan vilayəti valisi Bakıda Azərbaycanın yol və nəqliyyat naziri ilə görüşüb. Görüşdə iki ölkənin yol və nəqliyyat sahəsin üzrə əməkdaşlıqlarının genişləndirilməsinə təkid edilib.

Azərbaycanın yol və nəqliyyat naziri Ziya Məmmədov bu görüşdə iki ölkə prezidentləri arasındakı dostluq münasibətlərinin olmasını sevindirici hal adlandırıb və deyib: Bu xoş münasibət iki ölkə əlaqələrinin müxtəlif sahələrdə inkişafına kömək etmiş olur.

Ziya Məmmədov həmçinin, iki ölkənin yol və nəqliyyat habelə, dəmiryolu sahəsindəki əməkdaşlıqlarının səviyyəsindən də razılıq edib və deyib: bu xüsusda bir sıra əməkdaşlıq sənədləri imzalanıb.

Azərbaycanın yol və nəqliyyat naziri əlavə edib: Azərbaycan tərəfi Astara dəmiryolunun təkmilləşdirilməsi işini ciddi şəkildə izləyir və ümidvarıq müştərək komissiyanın növbəti iclasında bu dəmiryolunun təkmilləşdirilməsi işi yekunlaşmış olsun.

Ziya Məmmədov həmçinin deyib: Astara – Biləsuvar avtomobil yolunu da 2 ilə qədər təkmilləşdirmiş olacağıq.

İranın Gilan vilayətinin valisi Nəcəfi də bu görüşdə Gilan vilayəti ilə Azərbaycan Respublikası arasındakı əməkdaşlıqların həcminə işarə edərək, bu əməkdaşlıqların daha da inkişaf etdirilməsini istəyib və deyib: Biz də Rəşt-Astara dəmiryolunun təkmilləşdirilməsi məsələsini ciddi şəkildə izləyirik.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button