AktualAktualArxivXəbər lentiXəbərlər

Bakı dövlətinin şiələrə qarşı hücumunun pərdəarxası məqsədi

Qafqaz Mədəniyyət Mərkəzi – Şiə fəallarından sayılan Elçin Qasımov və Sahib Həbibovun Sabunçu rayon polis qüvvələri tərəfindənhəbs edilməsindən sonra 60-a yaxın şiə dindar onların həbsinə etiraz olaraq, Sabunçu Rayon Polis İdarəsinin qarşısında toplandılar. Polis qüvvələrinin aksiyaya müdaxiləsi nəticəsində aksiya iştirakçılarından 8 nəfəri saxlanıldı. Saxlanılanlar qeyri-qanuni aksiya keçirməkdə, ümumi sabitliyi pozmaqda və polis qüvvələri ilə qarşılaşda ittiham olunaraq həbsə məhkum oldular.

Yasamal Rayon Polis İdarəsinin məmurlarının tanınmış ruhani Hacı Tale Bağırzadəyə qarşı fiziki zorakılıq göstərməsindən sonra dindarların etirazı başladı. Elçin Qasımov və Sahib Həbibov da Hacı Taleyə qarşı zorakılıq göstərilməsinə etiraz etdikləri üçün həbs olundular. Bu hadisədən sonra Azərbaycanda bir sıra dairələr şiə dindarları və ruhanilərinə qarşı hərəkətə keçdilər. Milli Məclisin deputatı Musa Qasımlı,dindarların Elçin Qasımov və Sahib Həbibovun həbsinə etiraz olaraq Sabunçu rayon polis bölməsinin qarşısında keçirdikləri aksiyasını məhkum edərək, dövlətin belə qeyri-qanuni aksiya keçirənlərlə bərk qarşılaşmasını istədi. Deputat, Azərbaycanda din və siyasətin bir-birindən ayrı olmasına işarə edərək, dindarların dini ayinlərini icra etmələri üçün dövlətin lazım olan bütün şəraiti yaradılmasını vurğulayıb və dindar kəsimin siyasi məsələlərə qarşımamalı olduğuna təkid edib. O, deyib ki, belə hərkətlər ölkənin daxili sabitliyi pozmaq və dövlətin işinə müdaxilə etmədir.

Deputat Aydın Mirzəzadə də Sabunçu rayon polis bölməsinin qarşısında şiə dindarlarının aksiyasını, qeyri-qanuni toplantı, qanunun fəaliyyətini iflic vəziyyətə gətirməyə cəhd etmək və qanuna zidd olan bir davranış adlandırıb. O, polis qüvvəsinin bu aksiyada dindarlarla qarşılaşmasını onların qanuni vəzifəsi olduğunu deyib.

Siyasi fəal İlqar Altay Azərbaycan Restpublikasının baş prokurorru Zakir Qaralova müraciət edərək vahabi sünni-ekstremist təriqətitərəfindən ölkənin təhlükəsizliyi təhdid edilməklə bərabər, İranın dəstəyi ilə şiə dindarlarının da təhlükəsinin hiss olunduğunu və onlarla qarşılaşmağın lüzumunuqeyd edib.

O məktubda Qum və Məşhəd şəhərlərində dini təhsil alan Azərbaycan vətəndaşlarının gətirə biləcəyi təhlükələrə işarə edərək, İranın dəstəklədiyi ruhani və dindarların bu ölkənin ideologiya və məqsədlərini Azərbaycanda həyata keçirəcəklərini və Azərbaycanın müstəqillik və təhlükəsizliyinə zərbə vuracağını iddia edərək, təhlükəsizlik orqanlarının onların qarşısını almasının zəruriliyini bildirib.

Azərbaycanın bir sıra mediaları da dövlət rəsmilərinin, o cümlədən bəzi deputatlar və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavininin dediklərinə istinad edərək, həzrət Ayətullah Nuri Həmədaninin Azərbaycana səfərinə işarə edib və şiə dindarlarının İranın amilləri adlandırıb. Halbuki, həzrət Ayətullah Nuri Həmədani Qafqaz Müsəlmanları İdarəsinin sədri Allaşükür Paşazadənin dəvəti ilə Bakıya səfər etmişdi.

Diqqəti çəkən məsələ radikal vəhabilərin siyasi və media fəalları ilə həmrəy olmasıdır. Özü azərbaycanlı gənclərini Suriyada terrorçu qruplara qoşulmağa təhrik edən Əbu Bəkr məscidinin imam camaatı və Azərbaycan vahabilərinin rəhbəri Qamət Süleymanov tam həyasızcasına İŞİD qruplarına şiələrin də qoşulmasını iddia edib. Halbuki, İŞİD ideoloji baxımdan şiə ilə müxalifdir.

Mənə belə gəlir ki, hazırkı durumdaAzərbaycanda şiə ruhani və dindarlarına qarşı təbliğat aparılması Milli Məclisə seçkilərdə əhalinin çox sönük iştirakını gizlətmək və Bakı hakimiyyətinin şiə təbliğatı nəticəsində ölkə müsəlmanlarının ayılmasından qorxmasına görədir. Üstəlik, ölkənin yüksək səviyyəli rəsmilərinin Azərbaycanda vəhabiləri himayə etməsi üzə çıxdığından hakimiyyət, şiə ruhani və dindarlarına qarşı geniş miqyaslı hücum başlamaqla bu mövzunu xalq arasında pərdələməyə cəhd edir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button