Aktual

Dövlət səviyyəsində Aşuraya laqeydlik və digərlərə qayğı

Şeyx və Prezident Bakıda Pravoslav Mərkəzini açdılar

Azərbaycan Respublikasında Aşura gününə dövlət səviyyəsində tam laqeydlik olunsa da yalnız iki gün sonra Bakıda Pravoslavlara aid mərkəzin möhtəşəmliklə dövlət səviyyəsində açılışı olub.

Bakı və Azərbaycan Yeparxiyasının Pravoslav Dini-Mədəniyyət Mərkəzi Şeyx və Prezidentin iştirakı ilə noyabrın 15-də rəsmən açılıb.
AzərTAc-ın məlumatına görə, Prezident İlham Əliyev mərkəzdə yaradılmış şəraitə baxıb, daha sonra çay süfrəsi arxasında görüş olub.
Tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin sədri, Bakı və Azərbaycan arxiyepiskopu, Vereyski arxiyepiskopu, Moskva Pravoslav Ruhani Akademiyasının və Seminariyasının rektoru, Berlin və Alman arxiyepiskopu, Bakı Dağ Yəhudiləri icmasının sədri, Avropa yəhudilərinin Bakı icmasının sədri, Qırmızı qəsəbə dağ yəhudiləri icmasının sədri, Alban-udin icmasının sədri, Bakıdakı katolik kilsəsinin ordinarisi, Azərbaycanın rus icmasının sədri, Rusiyanın və Belarusun Azərbaycandakı səfirləri Vladimir Doroxin və Nikolay Pastkeviç, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və başqaları iştirak ediblər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button