ArxivIslamXəbər lentiXəbərlər

Krımda “asvalt üzərində namaz” problemi getdikcə güclənir

Qafqaz mədəniyyət mərkəzi -ın “İslam News” saytına istinadən verdiyi məlumata görə, Krım müsəlmanlarının ruhani idarəsi məscidlərdə yer çatışmazlığı problemini gündəmə gətirib. Məscid axundları bildiriblər ki, ibadətgahlara üz tutan müsəlmanların sayı xeyli artdığından dindarlar asvaltın üzərində namaz qılmağa məcbur olurlar.

Xüsusən cümə günləri məscidlərə ibadət üçün gələnlərin sayı həddindən artıq çox olduğundan yer çatışmazlığı problemi yaranır.

Bu cür mənzərə Simferapol şəhərinin mərkəzində yerləşən “Kebir-Cami” məscidi ilə yanaşı digər ibadətgahlarda da yaşanır.

Qeyd edək ki, hazırda Krım rəhbərliyi problemi həll etmək məqsədi ilə Simferapolda yeni cümə məscidinin tikintisini nəzərdən keçirir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button