ArxivXəbərlər

Avropa Birliyinin saytı Azərbaycanı baxın, hansı ölkələrlə bir sıraya saldı

«Euobserver»: «Azərbaycan, Əlcəzair, Qətər, Nigeriya kimi qeyri-stabil, insan hüquq və azadlıqlarının kobudcasına pozulduğu ölkələr…»

Avropa Birliyinin fəaliyyətinə dair materialların yayımı ilə məşğul olan “euobserver.com” təşkilata diktatura rejimlərinin hökm sürdüyü ölkələr, o cümlədən Azərbaycanla bağlı layihələrə investisiya qoymamaq haqda çağırış edib. Bu kontekstdə, Avropa Birliyinin diktatura ölkələrilə əməkdaşlıq çərçivəsində qurulmuş qaz siyasəti tənqid olunub.
“Avropa Birliyinin böyük məbləğli qaz investiya siyasəti səhvdir” başlıqlı məqalədə bildirilir:
“Avropaya qaz nəqlilə bağlı məsələnin müzakirəsi üçün Avropa Birliyinin nazirləri ötən ay ikinci dəfə olmaqla, iyunun 27-də yenidən toplaşdılar.
Ukrayna böhranı Rusiya ilə münasibətlərdə Brüsselin zəif tərəfləri baxımından həyəcan yaradırdı. Məsələ burasındadır ki, Avropa Birliyinin qaz tələbatının 25 faizi Rusiyanın hesabına ödənilirdi.
Qaz Avropada istifadə olunan enerjinin dörddə bir hissəsini təşkil edir. Lakin idxalda qiymət artımı, eyni zamanda, yerli istehsalın da aşağı düşməsi səbindən Avropa qaza olan tələbatı əvvəlki kimi təmin etmək üçün onu bahalaşdırmalı olur.
Buna cavab olaraq, Avropa qaz layihələrinə milyardlarla avro investisiya yatırır. Avropa Komissiyasının həyata keçirdiyi 248 layihədən 110-u birbaşa qazla bağlıdır.
Bütün Avropadakı ayrı-ayrı məntəqələr xaricdən gətirilən ehtiyat qaz mərkəzlərinə çevrilib. Eyni zamanda, Azərbaycan, Əlcəzair kimi avtoritar ölkələrdən Avropa Birliyi dövlətlərinə qaz nəqli məqsədilə yeni qaz kəmərlərinin çəkilməsi planlaşdırılır.
Qazla bağlı infrastrukturlara çox böyük məbləğdə vəsaitin ayrılması əsaslı deyil. Çünki Avropanın enerjiyə olan tələbatını tam həcmdə ödəmək gücündə deyil.
Əvvəla, qaz çox bahadır. 2001-ci ildən 2012-ci ilə qədərki dövr ərzində qazın qiyməti üç dəfə artıb. Amma yenə də artım gözlənilir. Eyni zamanda, yeni ucuz qaz mənbələri də inandırıcı deyil. Avropa Birliyi ölkələrində Amerikan tipli slans qaz bumu da əvvəlki kimi ümidlər yaratmır.
ABŞ-dan Avropaya tələb olunan olunan həcmdə qazın gəlməsi ehtimalı da çox azdır. Çünki maye qaz nəqli çox baha başa gəlir. Slans qazına gəlincə, ABŞ-ın özündə slans qaz hasilatı artıq pik həddə çatıb.
Digər tərəfdən, bərpa olunan enerji mənbələri ucuzdur. Üstəlik, onları əldə etmək yolları da ucuz başa gəlir.
Alternativ enerji mənbələrinə böyük diqqət və sərmayə qoymaq Avropanın enerji təhlükəsizliyinin təmin olunması baxımından ciddi əhəmiyyət kəsb edir. Avropanın enerji təhlükəsizliyinin təmin olunması təşkilatın qaz infrastrukturuna ciddi maliyyə vəsaitinin ayrılmasını tələb edir. Bu, enerji təhlükəsizliyinin təmin olunması baxımından çox böyük əhəmiyyət kəsb edir. Bu istiqamətdə atılacaq addımlar ilk növbədə Rusiyadan qaz asılılığını azaldacaq. Eyni zamanda, Azərbaycan, Əlcəzair, Qətər, Nigeriya kimi qeyri-stabil, demokratik normaların, insan hüquq və azadlıqlarının kobudcasına pozulduğu ölkələrdən də asılılığın olmasına imkan verməyəcək”./azadlıq.info/

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button