ArxivXəbər lentiXəbərlər

Xocalı Şəhidləri Təbrizdə Şəhriyarın ev muzeyində anıldı – FOTOLAR

Fevralın 26-da İranın Təbriz şəhərində ustad Şəhriyarın ev muzeyində Milli Mədəniyyətin Təbligi ictimai birliyi Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı anım mərasimi düzənləyib. Tədbirdə dahi Şəhriyarın oğlu Hadi bəy, tələbələr, eyni zamanda İran ictimaiyyətinin bəzi tanınmış nümayəndələri iştirak edib.
Tədbirdə çıxış edən J. Cəfərova Xocalıda törədilmiş bu vəhşiliyin baiskarlarının bu günədək haqq etdikləri cəzanı almaması səbəblərinə toxunaraq dünya birliyini ikili standartların əsirinə çevrilməkdə qınayıb. J. Cəfərova müsəlman dünyasına da çağırış edərək Xocalıdakı günahsız insanların məhz müsəlman olduqlarına görə qanına qəltan edildiyini, İslam dünyasının da bəşəriyyətin ən dəhşətli cinayətinə qarşı adekvat mövqe sərgiləməməsini Azərbaycan xalqının üzüntü ilə qarşıladığını dilə gətirib.
Anım mərasiminin yekununda Jalə Cəfərova Xocalıda 1992-ci ilin 25-dən 26-na keçən gecə Rusiyanın 366-cı alayının iştirakı ilə Ermənistanın indiki rəhbərliyinin, şəxsən Serj Sərkisyanın da əlində silah birbaşa iştirak etdiyi həmin qanlı gecədə əsrin ən alçaq cinayətinin törədilməsini əks etdirən bukletləri, kitabları və videodiskləri tədbir iştirakçılarına təqdim edib.
Tədbirin sonunda Jalə xanım çıxışları tərcümə edən Şəhriyarın oğlu Hadi bəyə, ev muzeyinin personalına minnətdarlığını bildirib.
moderator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button