ArxivIslamSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Təxti Rəvançi: “Özünümüdafiə fələstinlilərin vazkeçilməz haqqıdır”

qafqaqz.ir nin məlumatına əsasən, İranın BMT-dəki səfiri və daimi nümayəndəsi Məcid Təxti Rəvançi BMT Təhlükəsizlik Şurasının Fələstindəki son inkişafları nəzərdən keçirmək məqsədilə keçirilən iclasında deyib: “Bu iclasla eyni zamanda sionist rejimin vəhşi qüvvələri Fələstində, xüsusilə də dünyanın ən böyük üstü açıq həbsxanası olan Qəzzə zolağında həqiqi qətliam törədirlər və indiyə kimi 58-i uşaq, 34-ü qadin olmaqla 192 nəfəri şəhid ediblər.

O, sionist rejimin cinayətlərini şərh edərkən deyib: “Onlar qorxaqcasına müdafiəsiz qadınları qətlə yetirirlər, körpələri və uşaqları amansızca öldürürlər, eyni ailənin bütün üzvlərini vəhşicəsinə öldürürlər, müqəddəs məkanlara həyasızcasına hörmətsizlik edirlər, yaşayış massivlərini, məktəbləri, səhiyyə və müalicə mərkəzlərini namərdcəsinə bombalayırlar və evləri dağıdırlar, bir sözlə, eyni anda dörd böyük beynəlxalq cinayəti törədirlər”.

İranın BMT-dəki daimi nümayəndəsi əlavə edib: “Bəs qondarma sionist rejimi necə bu cür cinayətləri tam toxunulmazlıqda törədir? Çünki yetmiş ildən çox bir müddətdə BMT təhlükəsizlik Şurası bu rejimin bütün qanunsuz əməlləri qarşısında ölümcül susqunluq nümayiş etdirib və bu mütləq və izah olunmaz passivlik bu quruma olan etimad və inamı sarsıtmaqla yanaşı, həmçinin onu etibarlılıq və legitimlik böhranı ilə üzləşdirərək, bu rejimi tam vəhşiliklə daha çox cinayət törətməyə cəsarətləndirib”.

Təxti Rəvançi sözlərinin davamında deyib: “Bu səbəbdən də sionistlər ən pis beynəlxalq cinayətləri yəni genosid, müharibə cinayətləri, insanlığa zidd cinayətləri və təcavüz cinayətlərini törədiblər; 15-dən çox müharibə başladıblar, digər ölkələrin ərazilərini işğal ediblər,  istisnasız olaraq, bütün qonşularına hücum ediblər”.

İranın nümayəndəsi daha sonra “Niyə Təhlükəsizlik Şurası bu cür cinayətlər, təhdidlər və təcavüzlər qarşısında uzun müddət susub? sualının cavabında isə deyib: “Cavab sadədir: çünki Təhlükəsizlik Şurasının daimi üzvü olaraq, ABŞ, istər demokratlar olsun, istərsə də respublikaçılar, sistematik olaraq, Təhlükəsizlik Şurasının hər hansı bir hərəkəti qarşısında sionist rejimi dəstəkləyib və bu günə qədər bu rejimə qarşı Təhlükəsizlik Şurasının 44 qətnamə layihəsinə veto qoyubdur”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button