AktualAktualArxivXəbər lentiXəbərlər

Ərdəbilin sərhəd şəhərlərində Azərbaycan Respublikasının konsulluğunun ofisi açılsın

Ərdəbil əyalətinin Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatasının sədr müavini deyib: Ərdəbilin tacir və iqtisadi fəallarının Azərbaycana getmək üçün viza məsələsinin asanlaşması məqsədilə Ərdəbilin sərhəd şəhərlərində Azərbaycan Respublikasının konsulluğu və nümayəndəliyinin ofisinin açılması zəruridir.
Qafqaz Mədəniyyət Mərkəzi –İran İslam Respublikasının Azərbaycan Respublikasında yeni səfirinin Ərdəbil əyalətinin dövlət xadimləri və iqtisadi fəalları ilə görüşündə Behruz Pursüleyman deyib: “Ərdəbil əyalətinin ixrac etdiyi əmtəənin qiymətinin sabitləşməsi, çox qısa fasiləsi olan Cəlilabad dəmir yolunun Biləsuvar gömrüyünə çatdırılması işlərinin başa çatması, həmçinin çox qısa fasiləsi olan Azərbaycan Respublikasının bütün dəmir yollarının Astara gömrüyünə çatdırılması işlərinin təkmilləşməsi ölkəmizin, əsasən də Ərdəbil əyalətinin ixracat potensiallarının genişləndirilməsi çərçivəsində mühüm rol oynayır”.
Ərdəbil əyalətinin Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatasının sədr müavini deyib: “Əldə olunan anlaşmaların icra edilməsi, şimal-cənub, Tehran-Astara dəmir yollarının birləşdirilməsi icra olunmaq üçün öndə dayanmalı olan bir məsələdir və söhbət digər əyalətlərlə dəmir yolunun birləşdirilməsindən və Azərbaycan Respublikasına ixracatdan gedir. Ümidvaram ki, ölkəmizin Azərbaycan Respublikasındakı yeni səfiri bu məsələni izləyəcək və öz gündəliyində saxlayacaq”.
Pursüleyman əlavə edib: Ərdəbilin tacir və iqtisadi fəallarının Azərbaycana getmək üçün viza məsələsinin asanlaşması məqsədilə Ərdəbilin sərhəd şəhərlərində Azərbaycan Respublikasının konsulluğu və nümayəndəliyinin ofisinin açılması zəruridir.Bu məsələni də izləmək lazımdır. Çünki sərhəd bölgələrinin sakinləri Azərbaycan Respublikasına səfər etmək üçün vizanı bu ölkənin Təbrizdəki konsulluğundan almağa məcburdurlar. Bu da vaxt itkisinə və Ərdəbil əyalətinin əhalisinin viza almaq üçün çətinliyə düşməsinə səbəb olur.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button