ArxivXəbər lentiXəbərlər

2-ci ixtisaslaşdırılmış “İran Proyekt” sərgisi sentyabrın 19-da Bakıda işə başlayacaq

İran İslam Respublikasının 2-ci ixtisaslaşdırılmış sərgisi “İran Proyekt” adı altında 19-21 sentyabr tarixində Bakıda keçiriləcək.

İran İslam Respublikasının “İran Proyekt” adlı 2-ci ixtisaslaşdırılmış sərgisi 19-21 sentyabr tarixində Bakıda keçiriləcək. İRİB-nin Bakıdan verdiyi məlumata görə, İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin ticarət attaşesi Məhəmməd İbrahim Nəqizad bu barədə deyib: Bu sərgi neft, qaz, neft-kimya, energetika, tikinti, avtomobilqayırma, maşınqayırma və əlaqədar detallar habelə, texniki-mühəndislik xidmətləri üzrə fəaliyyət göstərən 54 İran şirkətinin iştirakı ilə “Baku Ekspo Sentr” mərkəzində 2000 kvadrat metrlik bir ərazidə keçiriləcək.

O, həmçinin deyib: Bu sərginin keçirilməsi ilə bir vaxtda İran və Azərbaycan arasında birgə ticarət toplantısı keçiriləcək. Bu iclas sentyabrın 20-də Bakının Hİlton otelində keçiriləcək. Bu iclasda iranlı və azərbaycanlı iş adamları neft, qaz, neft-kimya, tikinti, enerji, su, qida, avtomobil və kənd təsərrüfatı sənayesi, tibb təchizatları istehsalı, bank xidmətləri, dəmir yolları üzrə yüklərin daşınması, turizm, səhiyyə turizmi, sığorta xidmətləri və digər sahələr üzrə əməkdaşlıqların sadələşdirilməsi üçün üz-üzə müzakirələr aparacaqlar.

İranın Azərbaycandakı səfirliyinin ticarət attaşesi daha sonra deyib: İran İslam Respublikası prezidentinin ötən ay Azərbaycana olan səfəri və bu səfər zamanı iki ölkə arasında 6 əməkdaşlıq sənədinin imzalanması ilə iranlı iş adamlarının Azərbaycanda fəaliyyətinə daha yaxşı şərait yaranıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button