ArxivXəbərlər

Təhrif olunmuş xəbər aşkarlandı

358662_6224

Əliyev rejiminə xidmət edən Eynulla Fətullayevin rəhbərlik etdiyi saytda verilən məlumata görə Müşfiqabad qəsəbəsindəki 12 min vəhhabinin 11 min 700-ü sələfilikdən uzaqlaşıb.

Əliyev hakimiyyətinin nəzarətində mətbuat orqanlarının cəmiyyəti zəhərləməsi, rejimin dayanıqlığını təmin etmək üçün təbliğini bilməyən yoxdur. Bütün sahələrdə olduğu kim din sahəsində də həmin mətbuat orqanları az iş görmür. Suriyaya gedən azərbaycanlı vəhabilərin gündəmə gəlməsi ilə mətbuat həm də haqsız yerə şiələri də qaralamağa başladı.

Təhrif olunmuş məlumatları da yaymaq öz yerində. Əliyev rejiminə xidmət edən Eynulla Fətullayevin rəhbərlik etdiyi saytda verilən məlumata görə Müşfiqabad qəsəbəsindəki 12 min vəhhabinin 11 min 700-ü sələfilikdən uzaqlaşıb.

Bizim isə sadə bir araşdırmamızdan sonra məlum oldu ki, həmin qəsəbədə vəhabilikdən üz döndərən bir nəfər də vətəndaş olmayıb, ancaq qiyafəsinə dəyişənlər var, yəni həmin qəsəbənin uzun saqqallı sakinləri hansısa səbəbdən saqqallarını azaltmağa başlayıblar. Bunu isə Fətullayev kimiləri vəhabilərin öz təriqətindən üz döndərməsi kimi qələmə verib cəmiyyəti aldadır./islamtimes/

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button