AktualAktualArxivXəbər lentiXəbərlər

Təbrizin imam cüməsi Azərbaycanın media əməkdaşları ilə görüşdə: Sionist rejim iki ölkə münasibətlərini korlamağa çalışır.

Azərbaycan Respublikasının bir qrup media əməkdaşı Quraban bayramı günü Təbrizin imam cüməsi höccətül-islam vəl-müslimin Ali-Haşimlə görüşüblər.
Qafqaz Mədəniyyət Mərkəzi – Görüşdə Vəliyyi-fəqihin Şərqi Azərbaycan əyaləti üzrə nümayəndəsi höccətül-islam vəl-müslimin Ali-Haşim iki ölkənin münasibətlərini gücləndirməkdə medianın dəyərli roluna toxunaraq deyib: “Düşmənin Azərbaycan və İran arasında uzaqlaşma yaratmaq istəməsinə baxmayaraq iki qonşu ölkənin münasibətləri daim öz yerində qalmaqdadır. Düşmənin məkirli planlarının bu iki ölkənin yaxşı münasibətlərinə təsir qoya bilməməsi üçün ayıq-sayıq olmalıyıq.
Televiziya, xəbər saytları, qəzet kimi milli media əlaqələrin möhkəmlənməsində böyük rola malikdir və iki ölkəni bir-birinə yaxınlaşdıra bilər. Bu medianın beynəlxalq roludur.”
Sionist rejimin Azərbaycanda artmaqda olan nüfuzuna toxunan imam cümə deyib: “Bizim sionist rejimi ilə bağlı Azərbaycana görə xüsusi narahatlığımız vardır. Azərbaycan Respublikası işğal edilmiş Fələstin ərazilərində səfirlik açmaq istəyir. Halbuki, dünya müsəlmanları və biz Azərbaycanın bu hərəkəti ilə müxalifik. Bizim bu xüsusda sizdən gözləntimiz vardır. Sionist rejim İran və Azərbaycan ölkələrini bir-birindən uzaqlaşdırmağa çalışır. Media düşmənin bu istəyinə qarşı fəal olmalıdır.”
Görüşün davamında Təbrizin imam cüməsi Azərbaycan Respublikasının mediasından da gileylənərək deyib: “Azərbaycanın media nümayəndələrindən də gileyim var. Siz öz proqramlarınızda İranofobiyadan söz açırsınız. Biz sizin bu işinizdən narahatıq. Hal-hazırda iki ölkənin dövlətləri arasında yaxşı münasibtlər vardır və siz bu münasibətləri gücləndirməyə kömək etməlisiniz. Azərbaycanın KİV-ndə İranofobiya yaratmamalısınız.”
Görüşdə imam cüməinin toxunduğu digər bir məsələ də Azərbaycan Respublikasında müsəlmanların qeyri-münasib durumuna olmuşdur: İmam cümə deyib: “Bizim sözümüzü dövlət məsullarına çatdırın. Dövlət başçılarından bizim gözləntimiz budur ki, Azərbaycan müsəlmanlarının rəhbərləri ilə mülayim və mehriban rəftər etsinlər. Eşitmişik ki, Azərbaycanda İslam rəhbərlərinə qarşı təzyiqlər var.”
Höccətül-islam vəl-müslimin Ali-Haşim Azərbaycan Respublikasına səfər xatirələrindən də söz açaraq deyib: “Mən 26 il bundan öncə Bakıda səfərdə olmuşam. Azərbaycanın İrandakı indiki səfiri də məni Azərbaycana səfərə dəvət edib. Səfərdə olduğum müddətdə Azərbaycan xalqından mehribanlıq və dostluq görmüşəm. Bir sıra yerlərə səfər etdim. Nardaran da səfər etdiyim yerlərdən olub.”
Görüşün sonunda höccətül-islam vəl-müslimin Ali-Haşim Təbrizə səfər etdikləri üçün media əməkdaşlarına öz minnətdarlığını bildirib. O, əlavə edib: “Azərbaycan Respublikasının sabiq prezidenti mərhum Heydər Əliyev Təbrizin mərhum imam cüməsi Ayətullah Mələkuti ilə elə burada görüşmüşdü. Allah onların hər ikisinə rəhmət etsin.”
Vəliyyi-fəqihin nümayəndəsi artırıb: “ Bilin ki, bizim sizdən heç bir narahatlığımız yoxdur. Bizim narahatlığımız yalnız düşmənlərə görədir. Bu məsələyə həssas yanaşmalıyıq.”
Sonda Azərbaycan Respublikasının media əməkdaşları Təbrizin imam cüməsi ilə xatirə şəkli çəkdiriblər.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button