AktualAktualArxivNardaranXəbər lentiXəbərlər

Təbrizdə Şeyx Nimrin şəhid edilməsinə və Hacı Natiq Kərimovun həbsinə etiraz yürüşü keçirildi

Təbriz əhalisi yürüş keçirərək Şeyx Nimrin şəhid edilməsinə və Hacı Natiq Kərimovun həbsinə etirazlarını bildirdilər və sonda bəyanat qəbul etdilər.

Qafqaz Mədəniyyət Mərkəzi – Təbriz əhalisi etiraz yürüşünü İmam Xomeyni (rh) müsəllasından başlayıb, Saat meydanına qədər davam etdirdilər. Onlar “Ali-Səuda ölüm”, “vəhabilərə ölüm”, “vəhabi-vəhabi utan”, “Amerikaya ölüm”, “İsrailə ölüm” şüarları səsləndirərək Səudiyyə Ərəbistanının hakimlərinə qarşı öz nifrətlərini bildirdilər. “Amerikanın daxili muzdurları-gərək tökülsün onların qanları”, “müsəlmanlar bir olsun-Amerika məhv olsun” aksiya iştirakçılarının digər şüarlarından idi.

Təbriz əhalisi həmçinin Səudiyyə Ərəbistanının istehsalı olan malların baykot edilməsini dəstəklədiklərini elan etdilər və baykotun səbəbini isə Ərəbistan mallarının gəlirinin təkfirçi və terrorçu qrupların himayəsinə, Bəhreyn və Yəməndə günahsız insanların öldürülməsinə, anti-şiə təbliğinə və amerikasayağı islama sərf olunması olduğunu bildirdilər.

Bu xəbərə əsasən, Şərqi Azərbaycanın digər şəhərlərində də Ərəbistan şiələrinin rəhbərinin şəhid edilməsinə qarşı etiraz aksiyası keçirilib.

Xatırladaq ki, bir neçə gün öncə Nardaran Ağsaqqalları Şurasının sədri bəyanat verərək Səudiyyə rejiminin Ayətullah Şeyx Nimri edam etməsini, dövlət terrorizminin bariz nümunəsi adlandırmışdı. Bu bəyanatdan dərhal sonra o saxlanılmış və Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət, yəni Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq Azərbaycan Respublikasının vətəndaşı tərəfindən qəsdən törədilən əməl: düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə, Azərbaycan Renspublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə) maddəsi ilə ittiham olunmuş,barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilmişdir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button