ArxivQadin və hicabXəbər lentiXəbərlər

Florida tələbələri “hicab günü” proqramında iştirak etdilər/foto

Amerikanın Florida ştatının tələbələrindən bir qimsi İslam dininə hörmət əlaməti olaraq “hicab günü” proqramında iştirak edərək ilk dəfə İslami Hicab örtməyi sınaqdan keçirdilər.

Qafqaz.ir-in “ALLİGATOR” xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Amerikanın Florida ştatının universitet tələbələrindən bir qimsi müsəlman tələbələr tərəfindən “İslam dininə hörmət ayı” münasibəti ilə keçirilən mərasimdə müsəlman tələbə dostları sevgi və sayğı əlaməti olaraq “hicab günü” proqramında iştirak edərək ilk dəfə İslami Hicab örtməyi sınaqdan keçirdilər.

“Mikrobiologiya və Sitologiya” fakültəsinin tələbəsi Marlen Resendiz də dünən ilk dəfə olaraq Florida universitetində İslami Hicab örtməyi sınıqdan çıxartdı.

Marlen Resendiz dedi: Çox sürətlə hicaba alışdım və günün qalan hissəsini də hicabla keçirdim. Bəzi insanlar müxtəlif cür yanaşmalar ilə mənə baxırdılar, amma mən buna əhəmiyyət vermirdim.

Həmin fakültənin 20 yaşlı tələbəsi İlyaz dedi: Mən hər gün hicab örtürəm və hicaba maraqlı olan tələbələrə də hicabı imtahan etmək üçün kömək edirəm. Bu iş insanlara daxili bir baxış verir və digər dəfə hicablı bir xanım görəndə onunla asan və səmimi rabitə yarada bilirlər.

Qeyd edək ki, “İslam dininə hörmət ayı” mərasimi artıq 4-cü dəfədir ki, Florida universitetində keçirilir. Mərasimi təşkil edənlər tələbələr iştirakçılara İslam barədə və Quran maarifi haqqında məlumatlar verirlər. Mərasimdə “İslamda qadın” və “Hicab günü” kimi proqramlarda icra edilir. Proqramın əsas hədəfi “islamofobiya” və “irqçilik” ilə mübarizədir

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button