ArxivXəbər lentiXəbərlər

Suriyada terrorçular Türkiyə dövləti ilə əlaqələrini ifşa etdilər

Sosial şəbəkələrdə “Türkiyə ordusu ilə selfi” başlıqlı video-götündü yayılıb. Film Suriyada ən vəhşi və cinayətkar terror qrupu Cəbhətün-Nüsrə ünsürləri tərəfindən paylaşılıb. Videodan məlum olur ki, Cəbhətün-Nüsrə terror qrupu Türkiyə ordusunun Suriyanın İdlib əyalətindəki hərbi bazasını qorumağı öhdəsinə alıb. Bölgəni tanıyan mütəxəssilər bu filmin İdlibin şərqində Təl Tuqan məntəqəsində Səraqib şəhərindən Əbuz-Zuhura gedən yolda çəkildiyini deyirlər.
Filmdə çoxlu Cəbhətün-Nüsrə (Təhrirüş-Şam) terrorçularının Türkiyə hərbçilərinin yanında olduğu, zirehli transportyorlar, digər hərbi təchizat və texnika görünür.
Qeyd edək ki, Cəbhətün-Nüsrə terror qrupunun Türkiyə dövləti ilə əlaqəsi dəfələrlə ifşa olunub. Bu terror qrupu axrıncı dəfə 9 iyunda özünün Türkiyə ilə ortaq mənafe və məsləhət əlaqələrinin mövcud olduğunu bildirdi.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button