ArxivXəbərlər

Suriyada döyüşən azərbaycanlı terrorçunun – ŞOK ETİRAFLARI!

“Videoda baş kəsən adamı tanıyıram. Onun əsl adı Eldəniz, ləqəbi isə Əbu Həmzədir; daha əvvəl Azərbaycan ordusunda xidmət edib, hətta …”

Suriyada vuruşan azərbaycanlılar mövzusu yenidən gündəmdədir. Bu günlərdə Türkiyənin islamçı saytlarından biri Suriyada döyüşən azərbaycanlılardan birindən müsahibə alıb.

müsahibəni alan şəxs Furkan Azeri adı ilə tanınan müəllifdir. Bu şəxs bir neçə dəfə Türkiyənin islamçı saytlarında yazılarla çıxış edərək Suriyada rejimə qarşı döyüşən azərbaycanlıları müdafiə edib.
“Furkan Azəri”nin müsahibi Suriyada terrorçu qruplaşmalardan birində savaşan Vüqar Azəri adlı şəxsdir. Sayta müsahibəsində Vüqar Bakıdan olduğunu, iqtisadiyyat üzrə təhsil aldığını bildirir. Eyni zamanda təhlükəsizlik səbəbindən özü barədə daha geniş məlumat vermək istəmir. Dediyinə görə, Suriya və Azərbaycan arasında ticarət işi ilə məşğul olub və hadisələr başlayandan sonra Suriyanın radikal qruplaşmalarına qoşulub.
Qeyd edək ki, son zamanlar Suriyada savaşan radikal qruplaşmalarla bağlı dəhşət saçan görüntülər yayılmaqdadır. Xüsusən də İraq-Şam İslam Dövləti adlı qruplaşmanın üzvlərinin baş kəsməsi, işgəncə, kütləvi qətllər və sair kimi görüntülər Suriyada savaşan müxalif qruplara qarşı münasibəti sürətlə dəyişir. Suriya müxalifəti bir qayda olaraq bu cür vəhşiliklərin məhz İŞİD tərəfindən həyata keçirildiyini bildirərək, məsuliyyəti bu qruplaşmanın üzərinə atır. Azərbaycanlı terrorçu ilə müsahibədə də bu xətt sezilir. Yeri gəlmişkən, hazırda Suriyada radikal qruplaşmalar daxilində döyüşlər davam edir, xüsusən də Nusra Cəbhəsi və İŞİD arasında qanlı döyüşlər gedir.
“Vüqar Azəri” kod adlı soydaşımız bildirib ki, Suriyada hadisələr ilk vaxtlarda olduğundan indi xeyli dərəcədə fərqlənir. Azərbaycanlı radikal, ilk vaxtlar müxaliflərin birgə olduğunu, ancaq hazırda bölünmənin artdığını deyib. Sitat: “Bəli, ilk zamanlar daha müqavimət daha aktiv idi. İxtilaflar, fitnələr yox idi. Hər kəs Əsədə qarşı savaşırdı. Azad Suriya Ordusu da daxil olmaqla bütün qruplar birgə savaşırdı və Əsəd sıxışdırılmışdı”.
Azərbaycanlı radikalın qeydlərindən belə məlum olur ki, İŞİD elan olunduqdan sonra müxalif qruplaşmalar arasında gərginlik yaranıb, toqquşmalar başlayıb. İŞİD-in hazırda mərkəzinin Rakka şəhəri olduğunu qeyd edən Vüqar Azəri İŞİD-in işgəncə və edamlarının dəhşət saçdığını qeyd edir. Onun sözlərinə görə, hazırda İŞİD digər müxalif qrupları kafir elan ediblər.
Vüqar Azəri müsahibəsində Suriyada 250 nəfərə yaxın Azərbaycan vətəndaşının olduğunu bildirib. Onun sözlərinə görə, azərbaycanlıların 60 faizə yaxını İŞİD tərkibində savaşır. Yerdə qalan 40 faizi isə müxtəlif radikal qruplaşmalarda döyüşür. Onun sözlərinə görə, azərbaycanlı gənclərin böyük qismi aldadılaraq İŞİD-ə cəlb olunur.
Azərbaycanlı radikallar onlara qarşı yanlış təbliğat aparıldığını, Azərbaycana qarşı silah qaldırmaq fikrilərinin olmadığını deyib. Vüqar Azəri bir qədər əvvəl yayılmış baş kəsmə videosundakı həmin şəxsi tanıdığını deyib. Sitat: “Qeyd etdiyiniz videodakı şəxsi tanıyıram. Onun əsl adı Eldəniz, ləqəbi isə Əbu Həmzədir. Daha əvvəl Azərbaycan ordusunda xidmət edib, hətta prezidentin mühafizə xidmətində olduğu da deyilir. İndi isə İŞİD-in hərbi əmirlərindən (komandanlarından – K) olan Ömər Şişani kimi tanınan Ömər Çeçeninin müavinidir. Daha əvvəl “mühacir və ənsar” (“mühacir-ənsar” ifadəsi “gəlmə və yerlilər” mənasını verir. İslamın ilk illərinə aiddir, hazırda Suriyada İraqdan gəlmə İŞİD-lə yerli terrorçular barəsində işlədildiyi ehtimal olunur – K. R.) arasında olan ilk fitnədə bu şəxs ön planda idi. Özəlliklə Şeyx Süleyman olaraq tanınan və fitnənin başladığı bölgədə də bu şəxs səhnədə idi. Bilirsiniz, xəvaric düşüncəli insanların ağılları işləmir. Müsəlmanların məsləhəti onların vecinə deyil. Onlar Həzrət Əli (ə) və böyük səhabələri öldürəcək qədər gözləri dönmüş insanlardır”.
Vüqar Azəri Azərbaycandan gələn terrorçuların böyük bir qisminin təkfirçi olduğunu etiraf edib./Yeni Şərq

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button