Xəbərlər

Suriya haqqinda əsas xəbərlər

Suriyadakı terrorçular 130 xristianı öldürüblər

Livanın çıxan Əl-Diyar qəzetinin yazdığına görə, Suriyada Əl-Nüsrə cəbhəsinin terrorçu ünsürləri gecə saatlarında bu ölkənin şimalında Hələb vilayətinin bəzi məntəqələrinə basqın edərək oradakı xristianların evlərini mühasirəyə alıblar. Terrorçular 130 günahsız insanın o cümlədən , uşaqlar və qadınların ayaqlarını bağladıqdan sonra , gülləyiblər və cəsədlərini doğrayıblar.
Daxil olan məlumata əsasən, terrorçuı dəstənin üzvləri cəsədləri yandırıb və kütləvi qəbirdə basdırıblar.
Qərb və Ərəb dövlətlərin o cümlədən , ABŞ , Ərəbistan və Qətərin hərtərəfli himayəsinə malik terrorçu qruplar Suriya hakimiyyətini devirmək məqsədilə Suriyaya daxil olublar . Bu terrorçu ünsürlər Bəşşar Əsəd hakimiyyətinə tərəfdarlıq edən suriyalı xristianları özlərinin firqəçi fikirlərinə qurban verirlər.

 

Suriyanın şimalında terrorçu qruplaşmalar arasında toqquşma baş verib

Livanın Xəbər Press xəbər agentliyinin verdiyi məlumata görə, “İraq və islami Şamdövləti ” və ” azad ordu ” adlı terrorçu qruplaşmalar bu gün cümə axşamı günü ( 19 sentyabr ) Rəqə şəhərinin Əl-Təbəqə məntəqəsində bir-birləri ilə toqquşublar.
Başqa tərəfdən Əhrar Əl-Şam qruplaşmasına üzv terrorçuları daşıyan içərisinə bomba yerləşdirilmiş bir avtomobil partladılıb . Bu partlayış terrorçuların bu avtomobili terror əməliyyatı üçün hazırladıqları zaman baş verib.
Həmçinin Homs vilayətində bir raketin bir avtobusa dəyməsi nəticəsində 11 Suriya vətəndaşı dünyasını dəyişdi və onlarla nəfər yaralanıb.

 

Suriya ordusunun şərqi Qutədəki böyük qələbəsi

Suriya ordusu Dəməşqin yaxınlığında şərqi Qutədə terrorçuları məğlubiyyətlə üzləşdirərək beynəlxalq hava limanı və Həzrət Zeynəb (s)-in pak hərəminə bitişən yolların təhlükəsizliyini təmin etməyə nail olub.
Əl-Aləm telekanalının məlumatına görə, Suriya ordusu bu əməliyyat çərçivəsində terrorçuların bütün istehkamlarını alt-üst edib və icad olunmuş tunellərin yollarını bağlayıb.
Hazırda , Suriya ordusunun şərqi Qutədə terroçuların nəslini kəsmək üzrə əməliyyatı davam etməkdədir və ordu qüvvələri bu məqsədlə bir neçə məntəqədə mərkəzləşiblər.
Daxil olan məlumata əsasən, bu əməliyyat Suriya ordusunun Şəba məntəqəsində apardığı təmizləmə əməliyyatında qazandığı nailiyyətlərdən bir neçə gün sonra başlanıb.
Şəba beynəlxalq Dəməşq hava limanı marşrutuna baxan və strategiya əhəmiyyətli bir mərkəzdir.
Terrorçular Şəba tunellərindən Həzrət Zeynəb (s)-in pak hərəminə yol açmaq niyyətində idilər ki, beləliklə o hərəmi və ora gələn zəvvarları hücuma məruz edə bilsinlər.
Lakin Suriya ordusu bu terrorçu ünsürlərin bu planının mahiyyətini başa düşdükdən sonra arxadan onları mühasirəyə alıb və beləliklə çoxlu sayda terrorçunu həlak etməyə nail olub.

 

Suriyada azərbaycanlıların döyüşməsi haqda daha bir fakt

Suriyadakı qruplaşmaların əsas internet saytında yerləşdirilən videorolik bunu təsdiq edir
Suriyada Bəşər Əsədə qarşı döyüşən qruplaşmalar sırasında azərbaycanlılardan ibarət qrupun olması yeni xəbər deyil. Xəbər verdiyimiz kimi, bir neçə “Mühacir və Ənsar Ordusu”nun tərkibində azərbaycanlılardan ibarət dəstəyə başçılıq edən “Əbu Yəhya” ləqəbli Azərbaycan vətəndaşı, əsl adı Nicat olan Sumqayıt sakini öldürülüb.
Məlumatlara görə, Suriyada döyüşlərə qatılan 250-300 azərbaycanlı var. Onlardan biri, Xaçmaz rayonu, Köhnə Xaçmaz sakini 1988-ci il təvəllüdlü Anar Mahmudov “Yeni Müsavat”a Suriyada niyə və necə getməsindən, orada döyüşməsindən danışmışdı. “Yeni Müsavat”ın 8 sentyabr tarixli sayında “Xaçmazlı fəhlə Bəşər Əsədə qarşı…” sərlövhəli yazıda A.Mahmudov Suriyaya sələfi şeyxi Fovzanın fitvası əsasında getdiyini və yaralandığını söyləmişdi. O, Suriyada azərbaycanlıların olmasını demiş, yaralanaraq Azərbaycana qayıdandan sonra xüsusi xidmət orqanlarının ona çoxsaylı fotolar göstərdiyini, həmin fotolardakı şəxsləri Suriyada görüb-görmədiklərini xəbər aldığını açıqlamışdı.
Suriyadakı qruplaşmaların əsas internet resurslarından olan http://fisyria.com/ saytında yerləşdirilən bir videorolikdə bir daha orada azərbaycanlıların olması təsdiqlənir. “Dceyş muxadcirin va ansar” zaxvatıvaöt novıe territorii” (“Mühacir və Ənsar Ordusu” yeni əraziləri ələ keçirir-E.M)sərlövhəli yazıya əlavə olunmuş 14 dəqiqəlik videorolikdə mücahidlərin öldürdüyü hərbçilərin cəsədləri nümayiş etdirilir, Əmir Seyfullah ləqəbli çeçen əsilli səhra komandiri Bəşər Əsəd ordusundan qənimət götürülən hərbi texnikaların adlarını sadalayır. Videorolikin (http://www.youtube.com/watch?v=_v1I_nNe5f8#t=356) 5.49-cu dəqiqəsində Azərbaycan dilində danışıq eşidilir. Kadr arxasında olan azərbaycanlı döyüşçülərdən biri başqasına “bu birisi nədir, bu da tankdır” sualını verir. Cavab isə qısa olur: “BMP”dir, görmürsən…”
Videorolikin sonrakı hissəsində Suriya hökumət qoşunları zabitlərinin girov götürülməsi səhnəsi yer alır.
Ehtimal olunur ki, azərbaycanlılardan ibarət qruplaşma Suriyanın Hama, Humus, İdlib şəhərlərində Bəşər Əsəd hökumətinə qarşı döyüşür.
Xatırladaq ki, Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin ölkə ərazisində törədilməsi planlaşdırılan və törədilən terror aktlarında “Sumqayıt camaatı”nın adı “Meşə qardaşları” silahlı birləşməsinə daxil olan qrup kimi keçir. 2008-ci il avqust ayının 17-də Bakıda “Əbu-Bəkr” məscidində baş vermiş partlayışda şübhəli bilinən Samir Mehdiyev də məhz “Sumqayıt camaatı”nın rəhbərlərindən idi. 2010-cu ilin yanvar ayında Milli Təhlükəsizlik Nazirliyinin əməliyyat məlumatı əsasında Samir Mehdiyev Pakistan ərazisində saxlanılıb və Bakıya gətirilib. İndiyədək bu qrupun 31 üzvü tutularaq məhkəmə qarşısına çıxarılıb. Suriyadakı döyüşlərə “Quba və Qusar camaatlığı”nın üzvlərinin qatıldığı da sirr deyil.

 

Bəşər Əsəd Ərəb şahzadələrinin porno görüntülərini yayacaq

Suriya kəşfiyyatında bir çox ərəb liderinin nikahdankənar cinsi əlaqələrini əks etdirən gizli görüntülər var

İordaniyanın Al-Bawaba qəzeti Suriya Prezidenti Bəşər Əsədin Ərəb ölkələri rəhbərlərinə, əsasən də şeyxlərə yönəltdiyi hədə-qorxu dolu bəyanatı yayıb. Bəyanatda bildirilir ki, Suriya kəşfiyyatı bir çox ərəb şahzadələrinin nikahdankənar cinsi əlaqələrini əks etdirən video faktları əldə edib. Lazım gələcəyi təqdirdə, həmin süjetlər vahid bir klipdə dünya ictimaiyyətinə təqdim olunacaq. Rusiyanın MIGnews.com saytı Al-Bawaba qəzetinə istinadən məlumat verir ki, hədə-qorxu dolu bəyanatı Suriya prezidentinin müşaviri Butxayna Şabaan səsləndirib.

Xatırladaq ki, analoji şantaj üsulu ilə Misirin sabiq prezidentinin həyat yoldaşı Suzanna Mübarək barəsində qaldırılmış cinayət işi icra olunmadan bağlanılmışdır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button