ArxivXəbərlər

Süni mayalanmaya üz tutan ailələrin sayı 3 dəfə artıb

Statistikaya görə, Azərbaycanda ailələrin 15 faizi sonsuzluqdan əziyyət çəkir. Yəni indi hər 7 ailədən biri övlad sarıdan narahatlıq keçirir. Övlad sahibi ola bilməyənlər əsasən süni mayalanmaya üstünlük verirlər ki, bu da uzun, eyni zamanda bahalı bir prosedurdur.
İlk dəfə 1978-ci ildə Böyük Britaniyada baş tutan süni mayalanma artıq 10 ildir ki, ölkəmizdə də tətbiq olunur və bu üsulla dünyaya gələn uşaqların sayı hazırda 4 mini ötüb.
Süni maylanma ilə doğulan uşaqların sağlamlıq göstəricilərinin təbii yolla dünyaya gələn uşaqlardan heç nə ilə fərqlənmir. Əksinə süni mayalanmada hüceyrələr əvvəlcədən təyin olunduğu üçün bir çox irsi-qan xəstəliklərinin qarşısını vaxtında almaq olur. Amma prosedurun bahalı olması, bu gün bir çoxlarının övlad sahibi olmaq arzusunu ürəyində qoyur.
Süni mayalanma üzrə mütəxəssis Mahirə İsmayılovanın sözlərinə görə, süni mayalanma 4-5 min AZN-ə başa gəlir. Bu isə bəzi amillərlə – yaşla və s. bağlıdır.
Hökumət isə demoqrafik vəziyyəti və ailələrin bu problemlərini həll etmək üçün 10 il uşağı olmayanlara dövlət hesabına pulsuz süni mayalanma təklif edəcək. Milli Məclisin sosial siyasət komitəsinin irəli sürdüyü bu təklif ”Ailə planlaşdırılması və reproduktiv sağlamlıq” haqqında qanunda öz əksini tapır.
Müzakirə olunacaq qanunda süni mayalanma zamanı donorların yalnız azərbaycanlı olması ilə bağlı məsələ olmasa da, bununla bağlı hələlik heç bir nəticəyə gəlinməyib. Dini nöqteyi-nəzərdən isə dindarların süni mayalanmanın tətbiqinə verdiyi əlavə təkliflər nəzərə alınıb. Süni mayalanma zamanı kənar şəxsin yalnız bir dəfə donor olmasına icazə veriləcək ki, gələcəkdə bir nəfərin bir neçə dəfə donor olması bacı-qardaş nigahlarına səbəb olmasın./newsmeeting/

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button