ArxivIslamXəbər lentiXəbərlər

SSRİ-nin dağıtdığı Minsk məscidi yenidən inşa olundu

Belarusun paytaxtı Minskdə 54 il əvvəl Sovet Sosialist rejimi tərəfindən dağıdılan Minsk məscidi yenidən inşa olunub.

Deyerler.org Dunyabulteni-nə istinadən xəbər verir ki, 1890-ci ildə inşa olunan, ancaq SSRİ dövründə yerində otel tikmək üçün sökülən Minsk məscidi Türkiyənin Diyanət Vəqfi tərəfindən bərpa edilib.

İnşasına 2014-cü ildə başlanan məscidin açılışı noyabrın 11-də prezidenti Rəcəb Tayyib Ərdoğan, Belarus prezidenti Aleksandr Lukaşenko, diyanət işləri naziri professor Doktor Mehmet Görməz və Avrasiya regionundan dini nümayəndələrin iştirakı ilə baş tutacaq.

Əvvəlki görünüşünə uyğun layihələndirilən məscid Tatar memarlıq quruluşuna uyğun tikilib.

Məscidin giriş mərtəbəsində konfrans zalı, sərgi salonu-foye və kompyuter otaqları yerləşir. Məsciddə 2500 nəfər eyni vaxtda ibadət edə biləcək.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button