ArxivXəbər lentiXəbərlər

SOCAR-ın 172 əməkdaşı işdən çıxarılıb?

SOCAR-ın “Neftqaztikinti” trestinin 173 nəfər əməkdaşı işdən azad edilir. Bunu Neftçilər Hüquqlarının Müdafiəsi təşkilatının sədri Mirvari Qəhrəmanlı “Facebook” sosial şəbəkəsindəki hesabında bildirib.

Hüquq müdafiəçisi bildirib ki, işçilər müqavilə vaxtının bitməsi ilə əlaqədar tutduğu vəzifədən uzaqlaşdırılır.

Əldə olunan məlumata görə, trestdə “Ernst&Young” audit şirkəti tərəfindən yoxlama aparılır. “Yoxlamaların nəticələrinə əsasən trestin əməkdaşları işdən azad olunur”, – deyə mənbə bildirib.

Qeyd edək ki, trestin 3000-ə yaxın əməkdaşı var.

SOCAR-ın İnsan resursları departamentinin rəisi Asif Bəkirli isə açıqlamasında deyib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir: “Mənə verilən məlumata görə, qeyd edilən say o qədər deyil və bu işçilər müvəqqəti layihələrdə işləyib, vaxtları bitənlərdir. Dəqiq məlumatı trestdən alıb, sizə təqdim edərik” (apa).

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button