ArxivXəbər lentiXəbərlər

Azərbaycanda boşanma halları rekord həddədir

Trend statistik məlumatlara istinadən xəbər verir ki, 2016-cı ildə Azərbaycanda 13 114 boşanma qeydə alınıb. Bu da 2011-ci ildən sonra ən yüksək göstərici sayılır.

2016-cı ildə əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı azalaraq 6,9-a enib, boşanmaların sayı isə artaraq 1,4-ə yüksəlib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərovun verdiyi məlumata görə, Azərbaycanda boşanmaların səbəbləri arasında ilk yeri məişət zorakılığı tutur. Sonsuzluq, narkotik aludəçiliyi, xəyanət, maddi durumun yetərli olmaması da boşanmaların əsas səbəbləri arasındadır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button