ArxivXəbər lentiXəbərlər

Cəlilabaddakı “İran bazarı”ında güclü yanğın – YENİLƏNİB + FOTO + VİDEO

Cəlilabad rayonundakı “İran bazarı”nda baş vermiş yanğın söndürülüb.

Oxu.Az-ın Report-a istinadən verdiyi məlumata görə, yanğın zamanı 15-ə yaxın ticarət obyekti içindəki əşyalarla birlikdə yanaraq kül olub.

Hadisə yerinə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov və onun müavini Vidadi Dövlətov da gəlib.

Yanğın nəticəsində 1 nəfər xəsarət alıb, 1 nəfər isə tüstüdən zəhərlənib. Onlar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

18:50

Cəlilabad rayonundakı “İran bazarı”nda yanğın məişət əşyalarının satışı yerindən başlayıb.

Oxu.Az Report-a istinadən xəbər verir ki, yanğının əhatə dairəsi daha da genişlənib. Əraziyə Cəlilabadla yanaşı qonşu Masallı və Biləsuvar rayonlarının yanğından mühafizə hissəsinin yanğınsöndürənləri də cəlb edilib.

İlkin məlumata görə, tüstüdən zəhərlənmə və yanğından xəsarət alma halları hələ ki, qeydə alınmayıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button