ArxivNardaranXəbər lentiXəbərlər

Siz işgəncəni, biz mərhəməti seçdik

“Nardaran müsibəti” – 1 il sonra

Dinc insanların qanlarının nahaqdan töküldüyü, günahsız halda həbs edilib, “Bandotdel”də amansız işgəncələrə məruz qaldığı o faciəvi gündən 1 il ötdü. Bəlkə 1 il hər kəs üçün az görünən zaman kəsiyidir. Lakin o günün canlı şahidləri, övladını, qardaşını, sevdiyini itirmiş insanlar üçün bu 1 il 1 əsrə bərabər oldu. 1 il 365 günün acılarını, işgəncələri, şərləmələri, ədalətsiz məhkəmə proseslərini özündə birləşdirir.

Bu 1 il cavanlıqlarının ən gözəl vaxtlarını zindanda keçirməyə məhkum olan günahsız insanların ömürlərindən oğurlandı.

Çox həyata keçməyən arzular oğurlanan bu 1 ildə həyata keçə bilərdi. Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə yeni doğulan körpəsinə dəmir barmaqlıqlar arxasından deyil, evində doyunca sarıla bilərdi. Gözünü dünyaya yenicə açmış körpənin bu dünyada atası ilə ilk görüşü dəmir barmaqlıqlar arasında, məhkəmə salonunda oldu.

26 noyabr bu ölkədə çox acıların başaldığı tarixdur. Həmin gün təkçə 4 insan ölmədi, necə-necə ananın arzusu, gələcəyi öldü, necə gənc qadının sevinci göz bəbəklərində dondu. Necə uşaq öz atasına həsrət buraxıldı.

Nardaranda qəddarcasına öldürülən Sarvan var. O qətlə yetiriləndə körpə qızı hələ 6 aylıq idi… Sarvana atəş açanlar təkcə onu deyil, onun qızının dodaqalarından səsləncək ata kəliməsini də qətl etdilər.

Geridə qoyduğumuz bu bir ilin mahiyyəti budur!

Əkbərdən söz açımmı? Hələ heç ailə qurmamışdı o… Anası toyunu edəcəkdi. Amma nəinki arzuladığı bəyliyi geyindirə bilmədi ona, heç son mənzilə yola salmaq üçün kəfənə də sara bilmədi oğlunu… Bu bir il bəlkə də Əkbərin həyatında fərqli olacaqdı, toy çaldırıb anasının necə sevinməsinə baxıb fərəhlənəcəkdi. Əvəzində düz doğğuz gün oğlunun ölümündən belə xəbər tutmayan, gözü yaşlı bir ana buraxdı arxasından…

Döyə-döyə öldürülən Fərail də yeni doğulan övladının üzünü belə görmədi.

26 noyabr Əbülfəz Bünyadovun ayaq tutub yeriyə biləcəyi son gün oldu.

2015-ci ilin 26 noyabrı bu hadisənin canlı şahidlərinin, əzizini itirən hər bir kəsin əslində acı, göz yaşı ilə yazdığı tarixdir. Bir də Azərbaycan hakimiyyətinin üz qarasının daha da eybəcər formada aşkara çıxdığı gündür 26 noyabr…

26 noyabrda Nardarana yeritdiyiniz texnikanı Qarabağı azad etmək üçün istifadə etsəydiniz, bəlkə də bu gün bizlər üçün kədər yox, sevinc günü olardı. Amma siz tarixə qızıl hərflərlə deyil, qara hərflərlə yazılmağı seçdiniz. Gələcək nəsillər üçün nümunə olmağı zülmkarlıq simvolu olmağa dəyişdiniz. Bu sizin seçiminiz, cənablar, bizim deyil. Bizim seçimimiz azad, hər kəsin rahat, öz inancını sərbəst şəkildə yaşaya biləcəyi Azərbaycandır. Siz işgəncələri, qolun zorunu və zalımlığı seçdiniz. Bizsə mərhəməti, iradənin gücünü, insanlığı seçdik.

Aytac İsmayılova/azadliq

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button